Batin alimi yazır: Yanlış yorum Rusiyanı məhvə aparır

9-04-2022, 08:43           
Batin alimi yazır: Yanlış yorum Rusiyanı məhvə aparır
Bildiyimiz kimi Rusiya fevral ayının 24-ü səhər tezdən Ukraynaya hücuma keçdi. Rusiya prezidenti Putinin hücum qərarı, 21-ci əsrin sivil insanı üçün normal ağıla sığmaz bir qərardır. Bəs görəsən bu qəsbkarlığın səbəbi nədir və bu təcavüz təsadüfidirmi? Bu suala cavab tapmaq üçün, Rusiya hökumətinin qeyri rəsmi "sözçüsü", LDPR partiyasının mərhum sədri, deputat Vladimir Jirinovskinin 27 dekabr 2021 il tarixində LDPR TV kanalında yayınlanmış bir çıxışına diqqətlə qulaq asmaq lazımdır. Bu çıxışında V. Jirinovski deyir ki, 2022-ci il fevralın 22 səhər saat 4-də insanlar hadisələrə şahid olacaqlar. 2022-ci il sülh ili olmayacaq və bu il nəhayət ki, Rusiya yenidən dünyanın ən qüdrətli ölkəsi olacaq. İnsanlar səslərini kəsib, Rusiyaya hörmətlə yanaşmalıdırlar (Сайт: https://m.facebook.com/story.php?story_fbid=10224972092066157&id=1132095667). Təxminən iki ay əvvəl, V. Jirinovskinin tam inamla bunları xüsusi qeyd etməsi o deməkdir ki, bu hadisələr çoxdan planlaşdırılmışdır. Rusiyanın bu zamandan sonra yenidən dünyanın ən qüdrətli ölkəsi olmasına inamı isə onu deməyə əsas verir ki, onlar hansısa mənbələrə və öncəgörmələrə tam inanıblar. Mənbələrdə 22.02.2022 tarixi haqqında əsasən bolqar baxıcısı Vanqa danışıb. O hesab edirdi ki, bu tarix onilliyin ən güclü tarixidir və bu tarixdə planetimiz çoxlu sınaqlardan keçəcək və müsbət hadisələr olacaq. Belə çıxır ki, V. Jirinovski Vanqa və başqa öncə görənlərə əsaslanıb, belə fikirlər söyləyib. Təbii ki, bu böyük yanlışlıqdır. Çünki, qədim dövrlərdəki Rus, Tartariya və s. adlarla tanınan ölkəni Xəzər Türk bəgləri qurmuşdular və axirətdə də məhz onların hakimiyyəti ilə yenidən böyük Türk imperiyası yaranacaq. Mən - "Великая тайна Божественного Улуса Дешти-Кыпчак и Тартарии" adlı məqaləmdə bu haqda yazmışam (sayt: https://firudin.blogspot.com/2021/06/blog-post.html).

Kitabi Dədə Qorqud abidəsinin ilk cümlələrinə görə, axirətdə türklərin Osman şahlarının Qayı tayfası yenidən hakimiyyətə gələcək və heç kim əllərindən ala bilməyəcək. Bu abidədə rus rəmzi Aruz (Uruz) kimi qeyd olunur və onlar Türk bəg-ərənləri kimi təqdim olunurlar. Rus mənbələrində də ruslar - "Urus əri bəgləri" kimi keçirlər ki, bu da onların elə türklərin Aruz bəyin boyundan olması deməkdir. Bu kitabda axirət mübarizəsi İç Oğuzla Taş Oğuzun döyüşü kimi yazılır və nəticədə "bəg nökərdən, nökər bəgdən" ayrılır. Bu döyüşdə Qazan xan, ona düşmən olan Aruzla döyüşür və ona qalib gəlir. Başqa sözlə, rusların indiki axirət mübarizəsi onların məğlubiyyəti ilə nəticələnəcək ki, bundan sonra nökər bəgdən ayrılacaq. Başqa sözlə, indi özünü rus adlandıran adi insanların heç də bəy nəsli olmamaları tam aydın olacaq.
Rusların öncə görənlərə inanıb Ukrayna ilə müharibəyə başlaması da rəmzlərin yanlış anlaşılmasıdır. Axirətlə bağlı olan bu yanlış yorum qədim mənbələrdə rəmzlərlə verilib.
Belə ki, rəvayətə görə baxıcı, Lidiya şahı Krezə İran şahı Kirlə müharibə nəticəsində böyük bir ölkənin məhv olacağını deyir. Krez də bu böyük ölkənin məhz İran olacağını düşünüb hücuma keçir. Nəticədə Krezin məğlubiyyəti Lidiyanın sonunu gətirir.

Bütün bunlar o deməkdir ki, Rusiya bu müharibədən sonra indiki rusların ölkəsi kimi məhv olmalıdır. Onun yenidən inkişafı isə artıq bu ölkənin əsl sahibləri olan Türk bəgləri vasitəsi ilə olacaq. Bu yeni Turan özündə İranı, Türkiyəni, Çinin də bir hissəsinin daxil olacağı bütün Orta Asiyanı birləşdirərək nəhəng imperiyaya çevriləcək. Bu yeni dünya nizamı ilə dünyada haqq-ədalət bərpa olunacaq və yer üzündə ikinci "Qızıl əsr" başlayacaq. Sufi-batinilərin məntiqində hadisələr bu istiqamətdə cərəyan etməlidir. Həqiqəti isə təkcə Allah bilir.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.