Eynişteynin ölümündən bir il əvvəl yazdığı “Tanrı məktubu”nda nə deyilirdi? (MƏTN)
20-04-2022, 15:21
Nobel mükafatı laureatı Albert Eynşteyn (1879–1955) ölümündən bir il əvvəl – 1954-cü ildə yəhudi filosofu Erik Qutkində bir məktub yazıb. "Tanrı məktubu” adlandırılan bu məktubda dahi fizik deyirdi:
"Mənim üçün "Tanrı” sözü insanın zəifliyinin ifadəsi və onun məhsulundan başqa bir şey deyil. İncil ehtiram duyulacaq bir kitabdır, lakin olduqca ibtidai və uşaqvari əfsanələr toplusudur...”
Kitab iki dəfə hərraca çıxarılıb, sonuncuda 2.9 milyon dollara satılıb. Qaynarinfo "Tanrı məktubu”nun tam mətnini təqdim edir:
"Əziz cənab Qutkind,
Brouverin israrlı təkliflərindən ilhamlanaraq, sizin kitabınızdan çox şey oxudum. Kitabınızı mənə verdiyiniz üçün çox sağ olun... Həyata və insan cəmiyyətinə realist münasibətinizdə bizim ümumi cəhətlərimiz çoxdur. Sizin eqoya yönəlmiş istəklərdən qurtulmaq üçün yalnız insan elementini vurğulamaqla həyatı gözəl və nəcib etmək kimi şəxsi prinsipləriniz bizi Amerika tərzinə sahib olmağımızda birləşdirir.
Yenə də Brouverin təklifi olmadan özümü sizin kitabınızla geniş şəkildə əlaqələndirə bilməzdim.
Çünki kitabınız mənim üçün əlçatmaz bir dildə yazılıb. "Tanrı” sözü mənim üçün bir deyim və insan zəifliyinin məhsulundan başqa bir şey deyil. İncil ehtiram duyulacaq bir kitabdır, lakin olduqca ibtidai və uşaqvari əfsanələr toplusudur. Nə qədər ağıllı olur-olsun, heç bir izahat bunu dəyişə bilməz (mənim üçün). Məncə, yəhudi dini də digər dinlər kimi bir çox uşaqca mövhumatların və uydurmalarının təcəssümüdür. Və məmnuniyyətlə mənsub olduğum yəhudilərin də mənim üçün başqa insanlardan fərqi yoxdur. Mənim təcrübəmə görə, onlar ən pis şeylə - güc çatışmazlığı tərəfindən qorunsalar da, heç bir insan qrupundan üstün deyillər. Əks-təqdirdə onlarda heç bir "seçilmişlik” görmürəm.
Ümumiyyətlə və bunu iki qürurun divarı ilə kənardan gələni bir adam, daxilənsə yəhudi kimi müdafiə etməyə çalışmağınızı ağrılı hesab edirəm. İddia edirsiniz ki, insan ancaq təktanrıçı yəhudilik kimi səbəbiyyətdən yayınsa, qəbul edilir. Lakin xariqüladə Spinozanın da qəbul etdiyi kimi, bütün kəsikləri ilə məhdudlaşan səbəb əlaqəsi artıq heç bir şəkildə səbəbiyyət deyildir. Madam ki, mən bizim fərqliliklərimizi intellektual qənaətlərlə olduqca açıq şəkildə ifadə etdim, mənə görə hələ də aydındır ki, fundamental məsələlərdə biz bir-birinə çox yaxınıq. Məsələn, insan davranışının təkamülünü götürək. Konkret şeylərdən danışsaq, məncə, bir-birimizi çox yaxşı başa düşə bilərik.
Dostcasına təşəkkürlər və ən xoş arzularla,
A. Eynşteyn.
Prinston, 3 yanvar 1954-cü il”.
Qaynar.info