Dudayevin şəhadətindən 26 il keçir - Əfsanəvi çeçen generalı Cövhər Dudayevi necə öldürdülər?
21-04-2022, 18:49
Dünyada elə tanınmış şəxsiyyətlər var ki, onlar barəsində gedən xəbərlər ölümündən sonra belə insanların diqqətini cəlb edir. Onun barəsində gedən istənilən məlumat ictimai rezonansa səbəb olur. Əgər o şəxs dünyada yetərincə tanınmış insan olubsa və o, şəxsə qarşı sui-qəsd törədilibsə, bu qətlin baş verməsinin detalları barədə məlumatlar varsa, daha çox maraq doğurur. Çeçenistan Respublikasının prezidenti, generallissimus Cöhvər Dudayev də belə bir şəxsiyyətlərdən biri olub. Baxmayaraq ki, Cövhər Dudayevin ölümündən 20 ildən artıq bi zaman keçir, ancaq onun fiziki cəhətdən aradan götürülməsi ilə bağlı hazırlanan plan hamıda maraq doğurur. Düzdür ,bununla bağlı zamanında çoxsaylı məlumatlar verilib, ancaq belə şəxslərin aradan götürülməsi ilə bağlı həqiqətlər təsadüf hallarda qısa zamanada cəmiyyətə bəlli olur. Əksər hallarda isə belə insanlara qarşı düzənlənən sui-qəsdlər xeyli zaman keçdikdən sonra açılır.
Oxuculara təqdim edəcəyimiz bu yazıda da bir zamanlar Çeçenstanın müsətiqlliyi uğrunda Rusiya ilə açıq müharibə aparan məhşur general Cövhər Dudayevin fiziki məhvi ilə bağlı həyata keçirilən əməliyyat planı haqqında olacaq.
Bu günlərdə Rusiyanın “russian7.ru” portalı Cövhər Dudayevə qarşı hazırlanan əməliyyat planı haqqında geniş bir məqalə təqdim edib. İndi həmən yazını sizlərə təqdim edirik.
Cövhər Dudayevin məhvi planı
Dudayevi aradan götürmək üçün həyata keçirilən üç əməliyyat boşa çıxıb.
Çeçenstanda baş verən proseslər Kreml üçün ciddi “başağrısı” olduğundan xüsusi xidmət orqanları Dudayevi aradan götürmək qərarına gəlir və bunun üçün prlanlar hazırlayır. Cövhər Dudayeyi məvh etmək üçün hazırlanan ilk üç əməliyyat boşa çıxır. Belə ki, ilk dəfə snayperin səhvi nəticəsində, yəni, snayper son anda hədəfi düz seçə bilmir və əməliyyat uğursuzluğa düçar olur.
İkinci dəfə Dudayevi avtomobilində partlatmaq istəsədlər də, bir möcüzə nəticəsində xilas olur.
Üçüncü dəfə də ölümdən xilas olur. Təyyarələr Dudayev yerləşdiyi binanı tərk etdikdən təqribən bir neçə dəqiqə sonra bombalayır.
Bu üç əsas sui-qəsd planından əlavə xırda digər əməliyyatlar da olub ki, bu məhvetmə planı Cövhər Dudayevin özü tərəfindən qarşısı alınıb.
1996-cı ilin yazı
Boris Yeltsin Dudayevlə Çeçenstanın müstəqilliyini müzakirə etməyə hazır olduğunu bəyan edir.
1996-ci ilin yazında münaqişə edən Rusiya və Çeçenstan arasında sülh əldə edilir. Rusiya prezidenti Boris Yeltsin Cöhvər Dudayevlə görüşüb İçkeriya (Çeçenstan) Respublikasının müstəqilliyini tanımaqla yanaşı, ikitərəfli əməkdaşlığın şərtlərini müzakirə etməyə hazır olduğunu bəyan edir. Bundan sonra Çeçenstanın Yarışmardı kəndi yaxınlığında Rusiya hərbçilərinin avtomobil karvanı çeçen döyüşçülər tərəfindən gülləbarana tutulması Boris Yeltsinin bu qərarından imtinasına səbəb olur. Bundan sonra Kreml yenidən Cöhvər Dudayevin fiziki məhvi planını qərara alır.
Dudayevin dördüncü dəfə məhvi planı…
Cövhər Dudayevin dördüncü dəfə məhvi planı Boris Yeltsinin mühafizəinin rəisi Aleksandr Korjakov və Rusiya Federal Təhlükəsilzik Xidmətinin rəhbəri Mixail Barsukova həvalə olunur. Dudayevi aradan götürmək üçün ciddi və müxtəlif paralel variantlara əsaslanan bir plan hazırlanır.
Əməliyyatçılar Cövhər Dudayevin sputniklə telefon danışığını tutmaq üçün xüsusi bir cihaz da əldə edirlər. Qısa zamanda mütəxəssislər tərəfindən belə bir aparat hazırlanır və aparatın hazırlanmasına 1,2 milyon dollar vəsait xərclənir. Bundan sonra Dudayevin telefon danışıqları vasitəsi ilə yerini müəyyən etməyə yönləndirilir. Alınan məlumatların isə dərhal Hərbi Aviasiya Qüvvələrinə göndərilməsi təmin edilir.
Əməliyyat günü: 21 aprel 1996-cı il
Cövhər Dudayevi məhv etmək planı 1996-cı ilin 21 apreldə həyata keçirilir.
Həmin gün axşam Cövhər Dudayev dostu Konstantin Borovoyla 10 dəqiqəyə yaxın danışır. Bu zaman aparat onların danışıqlarını tutur və Dudayevin yerləşdiyi yerin koordinatı ilə bağlı məlumatlar dərhal Su-24 bombardmançılarına verilir. İki Su-24 bombardman təyyarəsi çeçen liderinin avtomobil karvanını X-27PS raketləri ilə atəşə tuturlar. Atəş nəticəsində Dudayevlə yanaşı, onun iki mühafizəçisi dünyasını dəyişir. Cövhər Dudayevin arvadı Alla isə həmin hadisədən xilas olur. Yəni, telefon danışığı zamanı Cövhər Allanı kənara getməsini xahiş edir. Atışma nəticəsində çeçen lideri başından yaralanır, ətrafındakılar onu xilas etməyə çalışsalar da, buna müyəssər ola bilmirlər.
Dudayevi məhvetmə planı haradasa bir neçə dəqiqə çəkir. Əməliyyat zamanı yeni avadanlıqdan istifadə olunmaqla bərabər, əməliyyatın qısa zamanda uğurlu alınması üçün bütün tədbirlər alınır.
C.Dudayevin fiziki məhvindən sonra hətta, onun ölməməsi ilə bağlı xeyli müddət informasiyalar yayaılırdı ki, Cövhər yaşayır. Bu söz-söhbətlərə ancaq 2002-ci ildə “Vesti”də videolent verildikdən sonra son qoyuldu. Videolentdə 23.04.1996-ci ildəki çəkilişlə bağlı kodu olur. Bunadək Konstantin Borovoy dəfələrlə aprelin 21-də Dudayevlə telefon danışığının olduğunu və danışıq zamanı bir neçə dəfə rabitə əlaqəsinin kəsildiyini deyir. Ancaq həmin zaman o, bu danışıqların əməliyyatla əlaqəsi olduğunu başa düşmür.
Şaiyələr: Dudayev ölməyib
K.Borovoy Dudayevin ölümünə səbəbin elə həmin telefon danışığının olduğunu istisna etmir. Baxmayaraq ki, o zaman cəmiyyətdə Dudayevin ölümündə K.Borovoy təqsirli hesab olunurdu. Lakin K.Borovoy onun ünvanlanan bütün bu ittihamları rədd edərək, bu məlumatların yalan olduğunu deyir. K.Borovoy Dudayevlə dost olduğunu və xüsusi xidmət orqanları ilə əlaqədə olmadığını bildirir. Dudayev ölüm ərəfəsində tez-tez K.Borovoya zəng edərək, siyasi məsələləri müzakirə edirmişlər. Onun ölümü dünya ictimaiyyətində də geniş rezonansa səbəb olub.
O zaman belə bir versiyalar da səslənirdi ki, Dudayevin məhvi planı Boris Yeltsinin ikinci dəfə prezident seçilməsi üçün həyata keçirilən bir əməliyyat olub. Rusiya çeçen mücahidlərə qarşı ultimatum versə də, bu nəticəsiz olur.
Çeçen mücahidlər Cövhər Dudayevin qısasını almaq məqsədi ilə 1996-ci ilin avqustun 6-da “Cihad” əməliyyatına başlayırlar və Qroznıya hücuma keçirlər. O zaman döyüşlərdə üstünlük çeçen mücahidlərin tərəfində olub…