Batin alimi yazır: Sufi məntiqində poeziya, musiqi və s. yaradıcılıqların rolu

23-04-2022, 08:34           
Batin alimi yazır: Sufi məntiqində poeziya, musiqi və s. yaradıcılıqların rolu
Bu gün artıq məlum olur ki, bütün dinlər, fəlsəfələr, yazılı abidələr və s. hər şey bizim sufi adlandırdığımız qədim müdriklər tərəfindən yaradılmışdır və bu haqda mən çoxsaylı kitab və məqalələrimdə fakt və elmi sübutlarla geniş yazmışam. Qədim müdriklərin məntiqinə görə, Allah cəmi iki növ insan yaratmışdır ki, bunlar da müqəddəs göy insanları və yazılarda qeyd olunmağa layiq görülməyən adi yer insanlarıdır. Adi insanın həyat tərzi heyvanın həyat tərzindən fərqlənmədiyinə görə, müdriklər onları "heyvani insan" da adlandırırdılar. Göy insanı isə yaradılış zamanı İlkin materiya, yəni İlahla (İlahi odla) vəhdətdə yaradıldığı üçün müqəddəs hesab olunurdu və bu padişahlar, peyğəmbərlər nəsli - yaradılmışların əşrəfi kimi səciyyələndirilirdi. Sufi-batini mənada Əşrəf/Şərif rəmzi - "Müqəddəs Yafətin Azər (Aşur/Asur/Osiris) elindən olan" mənasını verir ki, qədim Misir mənbələrinə görə Allah ilk olaraq bu Osiris (Asar/Azər) Allahları nəslini dünyaya hakim kimi yaratmışdır. Başqa sözlə, qədim sufi müdrikləri - İlahla vəhdətdə yaradılmış Osiris Allahlarının göy insanları nəslidir və onların müdrikliyi də bilavasitə İlahın qanun və qüvvələrinə əsaslanır.

Sufilər, insanın və onunla bağlı olan hər şeyin - qədim Misir fironu Amon kimi tanıdığımız, əslində isə Oğuz elinin piri olan Bəkdüz Əmən (qədim Misirdə Takdüz Amon) tərəfindən yaradıldığını və bu yaradılışın da bütün sirlərini bilirdilər. Onların elminə görə, heyvan kimi yaşayan insanabənzər varlıqları məhz Amon (Ra-Amon/Rəhman) Allahı düşünən insana çevirmiş və bununla da insanlara böyük ehsan əta etmişdir. Bu ehsan təkcə kamil həyat fəlsəfəsi ilə bitmir. Kamil insan öləndən sonra da onun ruhunun yaşaması üçün, firon Amon (pir Əmən) göydə cənnət yaratmış və ora düşməyin yollarını da adət-ənənə və islam qanunları formasında insana öyrətmişdir. Bu ehsanın üstünlüyü də Allahın insana verdiyi ikinci həyat, yəni onun cənnətə düşmə şansıdır. Düşünən insan üçün dünyada bundan artıq xoşbəxtlik ola bilməz. İki dünyada xoşbəxt yaşamanın əvəzində isə Allahın insandan yeganə istəyi və bütün bu ehsanın əvəzi - onu kamil insan kimi yaratmış Allaha şərik qoşmamaqdır. İnsanın ən böyük xoşbəxtliyi, onun düşünən insan kimi doğulmasıdır. Onun sonrakı bütün həyatı da - kamil insan kimi yaranmasının nəticəsidir. Səbəb - yaradan Allah, nəticə isə insanın həyat fəaliyyətidir. Deməli, insan ilk növbədə, onu kamil varlıq kimi yaratdığına görə Allaha, yəni pir Əmənə borcludur. Bu borcun yeganə əvəzi isə yazdığımız kimi, Allaha şərik qoşmamaqdır. İnsan - faktiki olaraq Əmən Allahın yaratdığı süni ağıldır və bu insanın bütün yaratdıqları da Allahın yaratdığı hesab olunmalıdır. Bu gün mühəndislər süni ağılla idarə olunan müxtəlif cihazlar yaratdıqda, bu - cihazın yox, onu yaradan mühəndisin nailiyyəti sayılır. İnsan da pir Əmənin yaratdığı süni ağıl olduğu üçün insan yox, onu yaradan əcdadımız Bəkdüz Əmən alqışlanmalıdır. Buna görə qədim müdriklər yaradılan hər şeydə İlahı və Allahı görürdülər.

Sufi məntiqinə görə iki növ insan yaradı­ldığı üçün, onların qavrama səviyyəsinə uyğun iki növ də dər­ketmə müstəvisi yara­dılmışdır. Müdriklər bu müstəviləri bir məntiqdə birləşdirmək üçün, Tövratda "sə­fa əhəd" adlandırılan "vahid dil" konsep­siyasını yaratmışlar. Mənbələrdə Süleyman peyğəmbərin "Quş dili" də adlandırılan bu rəmzlər dilində sözlərin ümumi mənas­ından başqa, yalnız samitlərin xüsusi mə­na daşıdığı ikinci məntiq də var ki, bu da bilavasitə hər şe­yi yaratmış Allahla, Onun bu dünyada gör­düyü işlərlə bağlıdı­r. Deməli, qədim yaz­ılar özlüyündə iki müxtəlif məna daşıyan ideyalardan ibarətd­ir. Bizlərə bu mənal­ar - yazıların zahiri və batini mənaları kimi tanışdır. Müdr­iklər üçün yazıların zahiri mənası, bati­ni mənanın - Əmən Al­lahın tarixinin hansı hissəsinə aid oldu­ğunu göstərir. Adi yer insanı yalnız bir­başa mənanı anlayıb, hər şeyin sadə və primitiv olduğunu düş­ünür. Müdriklər isə sözləri təşkil edən samitlərin mənalarını yada salıb, söhbət­in əslində yaradılış və axirətlə bağlı prosesinin hansı hiss­əsindən getdiyini an­layır. Dahi Firdovsi məhz bu mənada "Şah­namə"sində yazır: "M­ənim sözlərimdə tapı­lmaz yalan, nə əfsun, nə əfsanə yazdım inan. Ağılla oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol gö­stərər". Adi insanın, sufi müdrikliyinin dərinliyini dərk edə bilməməsi səbəbind­ən aqillər, onlara müqəddəs yazıları müz­akirə etməməyi məslə­hət görmüşlər. Tövra­tda bu "məsləhət" - "insanın yaxşı-pisi dərk etmə ağacından meyvə dərməmək" kimi rəmzləndirilmişdir. Bu fikri XVI əsrdə yaşamış Varmiya yepi­skopu, kardinal Qozi daha kəskin ifadə edərək demişdir: "Əhd­i-Ətiqi xalqa oxumağa vermək – müqəddəs şeyi itə vermək, mir­varini donuzun qabağ­ına atmaq deməkdir".

Bütün bunlar o demək­dir ki, qədim müdrik­lərin məntiqinə görə, insanla bağlı hər şeyi yaradan - İlah və Onunla vəhdətdə olan Allahdır. Əmən Allahın yaratdığı ins­an da hər şeydə Alla­hını görməli və yaln­ız onu vəsf etməlidi­r. İnsanın bütün yar­adıcılığı Allaha həsr olunmalı və yalnız Ona tərif söyləməkd­ən ibarət olmalıdır. Son üç yüz ilə qədər yazılan bütün yazı­ların və abidələrin batini mənaları bila­vasitə Allaha həsr olunmuşdur. Vilyam Şe­kspirin Hamleti​ "O­lum ya Ölüm" dedikdə adi insanın ölümünü düşünmür. Hamlet – Allahın obrazıdır və o yaratdığı insanın axirətdə xarabazara çevirdiyi dünyanın aq­ibətini düşünür. Əmən Allahın yazdığı Əz­əl yazıya, yəni Lövhi Məhfuza görə, Allah axirətdə insanlara - kamil insan kimi yaşamaq üçün ikinci şans verəcək və dünyanı tam dəyişəcək. Hamlet də bu şansın verilmə­sinin düzgün qərar olmasını düşünür. Bat­ini mənada Hamletin fikirləri 7760 illik Allah tarixinin, ax­irət adlanan və keçid dövrü sayılan 5514-cü illlərinə, yəni biz­im bu günkü dövrümüzə aiddir. Onsuz da 2246 ildən sonra insanlar yeni­dən dünyanı dağıtmaq səviyyəsinə gələcək­lər və buna görə onl­arı axirətdə xilas etməyə dəyərmi? Hamle­tin "Olum və ya Ölüm" sualının batini mə­nası budur. Miqel de Servantesin Don Kix­otu da, dostu Sanço Pansla bu mənada, za­manın rəmzi olan dəy­irmana qarşı vuruşur. Təxminən 14 milyard il yer kürəsini şə­xsiyyət olmayan ali idrak, yəni ilkin ma­teriya, İlah idarə etmişdir. 5514 il əvv­əl isə cəddimiz pir Əmənin ruhu İlahla vəhdətə nail olmuş və bu zamandan sonra insaniyyətlə bağlı ha­kimiyyət Əmən/Amon Allahın səlahiyyətinə keçmişdi. Axirətdə Əmən Alla­hın ruhu qocaldığı üçün, O taxtını Öz va­risinə, yəni Mehdiyə verəcək və onun ruhu da 2246 il bu düny­aya hökmranlıq edəcə­kdir. Burada Don Kix­ot Əmən Allahın, San­ço Pans isə Onun axi­rətdə taxtını verəcə­yi Mehdinin obrazlar­ıdır. Deməli, ümumil­ikdə əvvəldə və axır­da gələn bu Allahlar yer üzündə 7760 il hökmranlıq edəcəklər ki, bu da ilkin mat­eriyanın 14 milyard illik zaman dəyirman­ına qarşı, Don Kixot­un və Sanço Pansın üsyanıdır. Ümumiyyətlə isə, qeyd etdiyim kimi, bütün qədim ab­idələrin batini məna­ları Allaha, Onun ax­irətdə taxtını verəc­əyi qulu Mehdiyə həsr olunmuşdur (Məqalə: "Qurana görə axirətdə Allah gələcək", sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html).
Bu gün insanlar Allah haqqında həqiqətləri, Onun İlahi məntiqini bilmədikləri üçün, yazılarını adi insanlara, onların həyatlarına və s. həsr edirlər. İnsanlar anlamırlar ki, hər bir şəxsin həyatını da Allah əvvəlcədən müəyyənləşdirmişdir. Müasir yazıçının, şairin adi insana, canlıya və s. əsər həsr etməsi, onu yaradanı saymaması, əzəl yazını qəbul etməməsi deməkdir. Bu isə Allaha qarşı şirk, yəni Ona şərik qoşmaqdır ki, bu da Allah qarşısında ən böyük və bağışlanılmaz günahdır.

Bu günkü yazarlar əsərlərində insanların bir birinə olan cinsi münasibətini, məhəbbətini, eşqi qabardırlar ki, qədim müdriklərin məntiqində bunlar heyvani xüsusiyyətlərdir. Eşq, məhəbbət - insan qaxilində olan ehtiras qüvvəsi ilə bağlıdır və bu da heyvani nəfs sayılır. İnsan isə kamil ağıldan, yəni Fərabinin "fəal ağıl" adlandırdığı ilkin materiyanın "düşünən hissəsinin" insan beyninə "axıdılmasından" yaradılmışdır. Buna görə də kamil insan heyvani qüvvələrin əsiri olmamalı, hər işində ağıl qüvvəsinə əsaslanmalıdır. Qədim müdriklərin rəmzləndirdiyi eşq-məhəbbət isə İlahi eşq mənasında İlahla vəhdəti, Allahı bildirir. Sufilərdə məhəbbət əsasən Allaha və sonra isə valideyinlərə, övlada, ailəyə ola bilər. Ailəyə olan məhəbbət də qabardılmamalı, Allahdan önə çəkilməməli idi. Qadına olan ehtirasın dilə gətirilməsi isə qədim müdriklərdə, heyvani qüvvələrin əsiri olmaq, yəni insanın heyvan səviyyəsinə enməsinin göstəricisi sayılırdı.
Allahı vəsfin gözəl nümunələrindən biri də musiqidir ki, qədimdə bu, əsasən aşıqların dastanlarında, muğamlarda istifadə olunurdu. Səs, söz - ilkin materiyanın əsas qanun-qüvvələrindən biridir və o planetlərin və yerin hərəkəti ansamblının təhazürüdür. Cəddimiz pir Əmən, günəş sistemində ilk dəfə ekstatik durumda İlkin materiyaya "daxil olub", ilkin materiyanın 14 milyard illik sükutunu pozmuş və onu səs-söz vasitəsi ilə özünə tabe etmişdir. Musiqi də bu mənada kosmosun səsinin rəmzidir. Söz və fikir isə bu səsi sistemləndirmiş pir Əmənin sözü və fikri anlamındadır. Qədim Misirdə bu obraz Pta/Ptah Allahı kimi keçir ki, bizlərə bu rəmz Yafət və Fateh kimi tanışdır. Ptanın (Yafətin) sözü və fikri həm də pir Əmənın ruhunun fəaliyyətidir. Yazılara görə 5514 il əvvəl göydə ölümsüzlük qazanmış pir Əmənin məhz bu ruhu axirətdə Mehdinin "bədəninə" köçəcəkdir.
Bütün bunlar o deməkdir ki, mahnının əsas mahiyyəti, musiqini (kosmosun səsini) "cilovlayan" sözlərdir (pir Əmin sözləridir). Sözsüz mahnı, musiqi - ilkin materiyanın təbii halını bildirir və bu da bütün nəfslərin, qanun-qüvvələrin məcmusu anlamındadır. Buna görə də musiqi həm kosmosun təbii, yəni sakit vəziyyətini və həm də ekstatik durumun, vəcdə-cuşa gəlmənin vəziyyətini bildirir. Sufizmdə yaranış - ilkin materiyanın cuşa gəlməsinin rəmzi sayılır ki, müəyyən anda onun bir "damlası" bətnə düşür və canlı varlıq yaranır. Yaranışın sirlərini bilən sufilər üçün simfoniyalar - Əmən Allahın yaratdıqlarının sözsüz ifadəsidir. Aşıq yaradıcılığı və muğam isə bilavasitə söz, fikir üstə qurulmuşdur və sufinin, Allahımızın yaratdıqlarını mərhələ-mərhələ keçməsini, yaradılışı təsəvvür etməsini bildirir (Məqalə: "Muğam – peyğəmbərin «merac» məqamıdır", sayt:

http://www.gilarbeg.com/index.php?sehife=oxu〈=1&content=1153). Eyni fikirləri rəssamlıq, heykəltəraşlıq, nəqqaşlıq və s. yaradıcılıq sahələri haqda da demək olar. Qədim dünyanın bütün heykəlləri, rəsm əsərləri, qabartmaları və s. yaradıcılıq növlərində Allahın 7760 illik tarixinin mərhələləri əks olunmuşdur. Bu mərhələlər əsasən - pir Əmənın göylərlə, yəni ilkin materiya (xaosla) ilə "mübarizə" apardığı yaradılış (əvvəl) dövründən və Allahın Öz taxtını varisinə verəcəyi axırdan, yəni axirətdən ibarətdir. Misal üçün sufi - İran qabartmalarındakı Ərdəşirin tacqoyma mərasimini görəndə, hansısa şahın yox, məhz axirətdə gələcək Mehdinin başına Əmən Allah tərəfindən tacın qoyulmasını düşünür. Çünki, Allahın Özünə qulluq üçün seçdiyi padşahlar və peyğəmbər nəsli dünyanı Allahın iradəsinə uyğun idarə edir və bu şahların adı altında Tək Allah və Onun gördüyü işlər nəzərdə tutulur. Yalnız axirət dövründə hakimiyyət haqdan dönmüş insanların əlinə keçir və onlar da məhkəmə gününə qədər dünyada xaos yaradırlar. Bu mənada Saturnun və ya İvan Qroznının öz oğlunu öldürməsi rəsmləri sufi üçün, Əmən Allahın axirətdə haqdan dönmüş Öz pirlər nəslinə qarşı keçirəcəyi axirət məhkəməsinin səhnəsidir.
Bütün bu yazdıqlarımdan çıxan nəticə odur ki, qədim müdriklərin sufi məntiqində keçmişə aid bütün yazılı və şifahi ədəbiyyatlar, musiqi, heykəltəraşlıq və ümumiyyətlə bütün yaradıcılıqlar - insanı yaratmış və ona iki dünyada xoşbəxt yaşamaq şansı verən Tək Allahımıza həsr olunmuşdur.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.