Tarixin ironiyası... Lənətlə xatırlayaq .
29-04-2022, 10:18
Azərbaycan Cümhuriyyətinin süqut etməsində başlıca rol oynamış və onun donanmasının komandanı olmuş Çinqiz ildırım 1941-ci ilin 27 aprel günündə ADR-in süqut günü güllələnib
1937-ci il iyul ayının 7-də isə birdən-birə həbs edirlər və 1941-ci il aprel ayının 27-də güllələyirlər .Aprel ayının 27-də..!!. .
Ancaq onun ölüm hökmü dərhal icra olunmadı. O düz 4 il, ömrü boyu sədaqətlə xidmət elədiyi Qırmızı imperiyanın ən dəhşətli həbsxanalarından birində - Suxanovo monastrında, hər gün ölüm hökmünün icra ediləcəyi saatı gözlədi...və nəhayət son saatı və günü gəlib çatdı 1941-ci il 27 aprel günü onun üçün son səhər oldu.!
Belə -belə işlər... Zaman öz ibtidai qanunauyğunluğu və heç nə ilə hesablaşmadan ötüb keçir. Odur ki, bu zamanı elə yaşamaq lazımdır ki, sabah adımız lənətlənməsin!
..O, 27 aprel gecəsi komandanlıq etdiyi Azərbaycan Cümhuriyyəti donanmasından üç rəngli Azərbaycan bayraqlarını çıxardaraq qırmızı bolşevik bayrağı asmışdır. Bolşeviklərə təslim olmaq istəməyən 6 min nəfərlik komandanlıq etdiyi və Bakını müdafiə etməli olan Azərbaycan Xalq Cümhuriyyəti ordusunu, top atəşləriylə Nargin adasında mühasirədə saxlayaraq bolşeviklərə təslim etmişdir. Öz hərbi rütbəsi və vəzifəsindən istifadə edərək Bayılda quraşdırılmış artileriya sistemini sıradan çıxarmışdır. 28 aprel günü Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə: -"2 saata hakimiyyəti bolşeviklərə təhfil verməsəniz parlamenti başınıza yıxacağam!" adlı nota göndərərək 23 ay ömür sürmüş Müstəqil Azərbaycanın varlığına son qoylmasına yardım etmişdir...
Əslində isə Çingiz İldırım həqiqətən Rusiya və İngiltərənin agenti olub Bunun doğruluğu ingilis kəşviyyatçısı Çempenin arxiv sənədlərində də öz əksini tapıb. İngilis kəşviyyatının və hökumətinin məqsədi Azərbaycanda diktator tipli hakimiyyətin yaradılması idi və bu mənada o zaman onların Rusiya ilə fikirləri üst -üstə düşürdü Məsələ burasında idi ki, onların nəzərincə Müsavat hakimiyyəti bu işin öhdəsindən gələ bilmirdi Elə sonralar da Çingiz İldırımqeyd etdiyim kimi ingilis agenti kimi günahlandırılaraq öldürülür. Yəni zaman dəyişmiş və Rusiya artıq burada söz sahibi idi Və siyasi marağı olan ölkələrdə digər ölkələrin müdaxiləli barmaqlarını" qətiyyətlə almağa çalışırdı Buna da repressiv yollarla nail oldu.
Çingiz ildırım Azərbaycan Ədəbiyyatında yazıçı Firudin Ağayevin "İldırım dənizə çaxır "kitabının da "qəhrəmanı" olub.
Həmid Hericçi bu haqda belə yazır :"28 aprel" çevrilişinin sirləri, gərgin dramaturgiyası indiyədək dəmir seyflər arxasında gizlədilir. Bu çevriliş barədə məxfi sənədlərlə tanışlıq xoşbəxtliyi yazıçı Firidun Ağayevin payına düşmüşdü. Hadisələrin "boz kardinalı" sayılan Çingiz İldırım barədə "İldırım dənizə çaxır" romanını yazarkən o, Moskvanın ən məxfi arxivlərinədək gedir. Sənədlərdən bəlli olur ki, Çingiz İldırım təkcə elə Moskvanın deyil, həm də Londonun "adamı" idi. Yəni o vaxtlar-yəni 1920-ci ilinmart-aprel aylarında sən demə London da Bakıda çevriliş etmək, parlament respublikasını Çingiz İldırım-Texlas diktaturası ilə əvəzləmək istəyirmiş. Əvvəlcə bu versiyaya inanmağım gəlməsə də, kitabla tanışlığım bütün əvvəlki əfsanələri beynimdə alt-üst etdi. O vaxt, sən demə London Azərbaycan, Ukrayna, Polşadakı qüvvləri bir bayraq altında birləşdirib sovet Rusiyasına qarşı hücuma hazırlayırdı. Cümhuriyyətimiz Londona lazım deyildi. Londona burda hərbiləşdirilmiş diktatura lazım idi. Eynən Pilsudski Polşasındakı kimi. Bu gələcək diktatoru ingilislər vaxti ilə ABŞ-da təhsil almış, ingiliscə gözəl danışan Hərbi-dəniz qüvvlərinin komandanı Çingiz İldırımda görürlər. Çevriliş planı hazırlanır, topların çaxmaqları oğurlanır, neft mədənlərinin mühafizəçiləri bir gecədə dəyişdirilir.
Ancaq Çingiz İldırım ikili agent idi. Oxşar tapşırığı həm də Moskvadan almışdı. Sağ cibində Cümhuriyyətimizə qarşı Londondan göndərilmiş ultumatumun mətni vardı. Sol cibində Moskvada yazılmış ultimatumun mətni.
Son anadək o hansı cibindəki mətni çıxarıb Parlament kürsüsündən oxuyacağını bilmirdi. Ən son anda, lap axırda, kürsüyə qalxarkən bir kölgə qulağına pıçıldayır ki, sol cibindəki mətni oxu.
O da məşhur mətni götürüb oxuyur. Cümhuriyyətimizə son qoyur.
28 apreldə Polşa diktatoru Pilsudski Kiyevə daxil olur. Lenin isə buna Bakının alınmağı ilə cavab verir.
Əsl həqiqət bax bu qədər mürəkkəb, ciddi və...
Və faciəvi idi.
Yazıçı Firidun Ağayev bütün bunları Çingiz İldırımın 1937-ci ildəki məhkəmə işindən oxumuşdu.
Gözlərindən yaş axıda-axıda bütün bunları mənə-o vaxt cəmi 17 yaşı olan bir gəncə danışırdı...
İnanılası deyildi bütün bunlar.
Ancaq əsl həqiqət elə buydu.
Sözardı : Yazını belə də bitirə bilərdim. Belə ki, Ziya Bünyadovun arxiv sənədlərinə əsasən "Qırmızı terror" kitabında 27 apreldə güllələndiyi göstərilib.Lakin dostumuz Anar Məmmədlinin göndərdiyi məlumata əsasən Çingiz ildırım heç də aprelin 28-də güllələnməyib http://old.memo.ru/memory/communarka/chapt14.htm...
Buradan bəlli olur ki, Ильдрым Чингис . Род.1890, Курдистане (Азербайджанская ССР); курд, член ВКП(б), обр. высшее, зам. начальника Криворожского металлургического комбината, прож. в Днепропетровской обл.: г.Кривой Рог, Зеленый городок, Дом дирекции.
Арест. 7.07.1938. Приговорен ВКВС СССР 7.07.1941 по обв. в участии в к.-р., диверсионно-вредительской организации. Расстрелян 27.07.1941. Реабилитирован 12.12.1956.
....Daha maraqlısı isə onun qohumlarının bu günümüzdə belə hakimiyyətin dayaqları olmaqla yüksək vəzifə və bank sahibləri olmaları cah-cəlal içində yaşamaqlarıdır.."5-ci kolon kimi İşarəni də Şimaldan gözləyirlər"
Daha sonra bəzi tarixçilərin O zamanlar və indi də dəqiq və qeyri -dəqiq fikirlərinə görə Çinqiz İldırım Qarabağ general-qubernatorluğu yanındakı Şuraya üzv təyin olunanda, həmin vaxt Qarabağın general-qubernatoru yaxını Azərbaycanın hərb naziri Xosrov bəy Sultanov olmuşdur...sonralar Çingiz İldırım Nərimanovla birlikdə Xosrov bəyin həbsdən türmədən çıxarılmasına da kömək də edib... Çingiz İldırım bir müddət Şuşada Xosrov bəyin müavini olub. Xosrov bəylə Nəriman Nərimanov tələbə yoldaşı olublar. Ölkədən çıxmasına da Laçının Əhmədli kəndindən olan Ocaqqulu Musayevin böyük rolu olub
Bu qədər ...
Baba Allahnəzərov
Teref.az