Batin alimi yazır: Əsl İslam - 5500 yaşlı İsna-Aşəriyə dinidir

29-04-2022, 15:54           
Batin alimi yazır: Əsl İslam - 5500 yaşlı İsna-Aşəriyə dinidir
Deyilənə görə, Hz. Məhəmməd Peyğəmbər demişdir: "Quranın bir zahiri mənası, bir də batini mənası vardır. Bu batinin ardından da başqa bir batini məna gəlir. Bir-biri içində göy kürələri formasında olan bu batinin də başqa batini dərinliyi vardır. Beləcə, yeddinci batini dərinliyə qədər açılır". Quranın zahiri mənalarına əsaslanan din - Ərəbistandan başlanan 1400 yaşlı İslam dinidir. Quranın batini mənalarına əsaslanan din isə 5500 yaşlı İsna-Aşəriyə dinidir və bu dinə görə ilk müsəlmanlar - İbrahim, Yaqub, İsaq və s. peyğəmbərlər, ilk şiələr isə İbrahim və Nuh peyğəmbər olmuşlar. İsna-Aşəriyə dini - dünyanın bütün dinlərinin kökündə duran və hamısının da batini mənalarının izahını, yəni təvilini verən yeganə dindir. Quranda bu təvil Süleyman peyğəmbərə verilmiş "Quş dili", Tövratda isə "səfa əhəd" kimi keçərək "vahid dil" mənasında ilk insanların ekstatik dili anlamındadır. İsna-Aşəriyədə bu dili bilənlər natiq adlanır. Natiq - yaradılışın bütün sirlərini bildiyi üçün Ali idrakın, yəni İlkin materiyanın, İlahın material dünyadakı inikası hesab olunur.

İsna-Aşəriyə - 12 imamın dini anlamındadır ki, qədim Assuriyada, Şumerdə bu rəmz - 12 planet, Avropada 12 Ezir Allahı, qədim Misirdə isə 12 Asar/Azər, yəni Osiris Allahı adlanırdı. Əflatuna görə 12 rəmzi - Allahların göydə 12 hissədən ibarət yaratdığı cənnəti bildirirdi. Deməli, İsna-Aşəriyə dini - Aşur (Asar/Azər), yəni Osiris Allahlarının göydə yaratdığı ruhlar dünyası ilə bağlı olan dindir. Qədim Misirdə Osiris Allahları dedikdə - Qor Allahının yolu ilə gedib, Osirisin ölüm şahlığında, yəni cənnətdə ölümsüzlük qazanan fironlar-pirlər nəsli nəzərdə tutulur. Batini mənada Quran rəmzi də Qor-An, yəni Qor yolu ilə gedən Anlar deməkdir ki, Kitabi Dədə Qorqudda bu Anlar - bəg ərənlər mənasında işlənir. Mənbələrdə bu bəg ərənlər - "Hu ərənlər" kimi də keçir ki, bu da "İlahi ərənlər" deməkdir. Belə çıxır ki, batini mənada Quran - pir-bəg ərənlərin (İran mənbələrində farbaq/farnbaq) göydə yaratdıqları cənnətdə ölümsüzlük qazanmış müqəddəslərin kitabıdır. Qeyd etmək yerinə düşər ki, Qorqud rəmzi də batini mənada QorXuda, yəni Qor Allahı deməkdir.

Qədim Misir mənbələrinə görə, dünyaya hakim kimi ilk Asar (Aşur/Azər), yəni Osiris Allahı yaradılmışdır və o axirətə qədər dünyanı idarə etmişdir. Axirətdə isə qardaşı Set paxıllıq edib onu öldürür. Lakin Osirisin oğlu Qor onu yenidən dirildir. Belə çıxır ki, Quran həm də - axirətdə gələcək Qor Allahı ilə bağlı rəmzdir. Tövratda Qor rəmzi - Aqar, yəni Həcər kimi keçir və Gelat (Qalaad) izmaililərinə (ismaililər) aid edilir. Gelat izmaililəri bizlərə ifrat Gelati-Şiə ismaililəri kimi tanışdır. Azərbaycan tarixində Gelat - Azərbaycan Atabəglər Ailəsinin malikanəsi olan Xelat kimi məlumdur. Bu Atabəglər nəsli isə Qacar şahları adlanır ki, Qacar rəmzi batini mənada Həcər deməkdir. Belə çıxır ki, qədim Misirin Osiris Allahlarının varisləri olan Qor yolu ilə gedənlər - Azərbaycanın və İranın şahlar nəsli olan Qacar nəslidir.

Qədim Misirdə Gelat (Xelat) eli - Gel şəhəri (Geliopol) kimi məlum idi ki, məhz bu şəhərdə firon/pir Amon - kosmik Atum Allahını, onun daxilində isə Osiris ölüm şahlığını, yəni cənnət yaratmışdı. Alban mənbələrində bu Gel eli - Gelarküni və ya Süni/Sünik kimi keçir. Mənbələrə görə məhz Süni/Sünikin göylərində müqəddəs atalarımız mələklər nəsli üçün "səhra" tikmişlər və orada müqəddəslərin ruhları ikinci həyat qazanırlar. Süni (Sina) rəmzi isə batini mənada elə İsna rəmzidir. Başqa sözlə, İsna-Aşəriyə - Sünik göylərində yaradılmış Azər/Osiris şahlığı, yəni Osiris Allahlarının ruhlar dünyası, cənnəti deməkdir.

Azərbaycan Atabəglər Ailəsinin malikanəsi olan Xelatın göylərində yaradılmış cənnət Quranda Xüld cənnəti adlanır. Qurana görə bu cənnət - İsrail oğullarına vəd olunmuşdur. İsrail oğulları dedikdə isə, bütün qədim mənbələrdə - Allahın Özünə qulluq üçün seçdiyi Xəzər (Hu-Azər), yəni Azəri Türk bəgləri nəzərdə tutulur (Məqalə: “Quran”dakı İsrail oğulları - Azəri bəgləridir!”, sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Onların Tövrat kitabı da Aşuri yazıları adlanır ki, bu da Azəri yazıları deməkdir. Batini mənada Tövrat, yəni Torah kitabı özü - "Türkün getdiyi tərikə yolu" deməkdir.

Quranda Azər - İsmailin, yəni ismaililərin atası İbrahim peyğəmbər kimi qeyd olunur. Bu kitaba görə İbrahim - İlahi oddan bina, beyt tikmiş və oranı ölkəyə, yəni cənnətə çevirmişdir. Batini mənada İbrahim, yəni AvraQam rəmzi - "qamlıq məqamında Ra günəşi ilə birləşmiş Ba ruhu" deməkdir ki, bu da elə Ra-Amon, yəni Rəhman Allah mənasındadır. Başqa sözlə Qor, yəni Quran yolu ilə gedən Gelatın (Gelarküni) Qacar şahları nəsli - Rəhman Allahın Özünə qulluq üçün seçdiyi ifrat İsna-Aşəriyə şiələridir.

Şiə rəmzi batini mənada, qədim Misir yazılarında "Allahın ruhu" mənasını verən Şu Allahı deməkdir. Yəhudilər onu Yeşua, xristianlar isə İsa adlandırdılar. Xristianlar Gel elini - Qaliley (Gel-el), azəriləri isə nazaretlilər kimi rəmzləndirmişlər ki, bu elə nizari (An-Azəri rəmzi) mənasında ismaililər deməkdir. İslamda nizarilər - "əl-batiniyyə", "əl-mülhidə" və s. adla adlanırdılar və bu da mələküt aləmi, yəni mələklər dünyası və onun batini sirlərini bilən natiqlərin eli deməkdir.

Bütün bunlardan belə çıxır ki, əsl İslam - Azərbaycan Atabəglər Ailəsinin əcdadları olan qədim Misirin Qor pirlərinin İsna-Aşəriyə dinidir. Quranın batini mənaları da Qor-Quran yolu ilə gedən pir, bəg, seyid, şıx və s. Azəri müqəddəslərinin, Azərbaycan göylərində yaratdığı cənnətə həsr olunmuşdur. Sadə dildə bütün bunları belə şərh etmək olar: 5500 il bundan əvvəl, ilkin materiyanın (İlah) sirlərini kəşf edən Azəri pir-bəglərinin əcdadı firon Amon, dünyada ad qoymaq və əbədilik üçün göydə kosmik Allah yaradır və onun daxilində Öz pirlər nəsli üçün cənnət var edir. Firon Amon, mömin həyatı yaşayan və onun qoyduğu qanun-qaydalara sadiq olan adi insanları da yaddan çıxarmır. Onların da cənnətə düşməyi üçün xüsusi qanun-qaydalar yaradır və adını İslam (İsa/ruh aləmi) dini qoyur. Axirətə yaxın insanlar, Allahın Özünə qulluq üçün yaratdığı Ismaili şahlarına qarşı üsyan edirlər və İslamın zahiri mənalarını əsas tutub, onu bütləşdirirlər. Əvəzində adi insanların - Ismaili şahlarının cənnətinə düşmə şansı tam itir. Mənbələrə görə, Hz. Məhəmməd Rəsulullah buyurmuşdur: "Yəhudilər yetmiş bir təriqətə bölünəcəklər, onlardan yalnız biri cənnətə, qalanları isə cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki təriqətə bölünəcəklər, onlardan yalnız biri cənnətə, qalanları isə cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç təriqətə bölünəcəkdir, onlardan yalnız biri cənnətə, qalanları isə cəhənnəmə düşəcəkdir". Cənnətə düşən təriqət haqqında soruşduqda isə Rəsulullah: "Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir" və ya "O, da camaatdır" demişdi (Məqalə: "Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır", sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu〈=1&content=1181). Burada hər üç dinin yalnız bir təriqəti cənnətə düşür ki, bu da xüsusi üsulla yaradılan pirlər nəslinin nümayəndələridir.

Qədim mənbələrə görə axirətdə ölmüş Osirisi (Azər), oğlu Qor dirildir və göydə ikinci ruhlar dünyası yaranır. Qor (Qərəə/Quran) həm də Xor və Xoris (Xor-İsa) mənasındadır ki, bu da elə Xristos, yəni İsa (Yeşua/Şu/Şiə) peyğəmbər deməkdir. Xristian mənbələrində açıq bildirilir ki, axirətdə gələcək İsanın göy şahlığına onun iradəsinə uyğun insanlar düşə biləcəklər. Varlıların bu yeni cənnətə düşməsi - "dəvənin iynə deşiyindən keçməsi kimi olacaq".

Bütün bunlardan belə çıxır ki, əsl İslam - Azəri Türk bəglərinin 5500 yaşlı İsna-Aşəriyə dinidir. Quranın batini mənası da - insan öləndən sonra ruhunun düşəcəyi cənnətə aiddir. Quranın zahiri mənası isə bu cənnətə düşmək üçün yaradılan qayda-qanunlar kodeksinin, təmsillər kimi rəmzlərlə ifadəsidir. Qədim Assur, Misir mənbələrində Assur teurqları, yəni Azəri türkləri adlanan müqəddəs ataların İsna-Aşəriyə dini haqqında Şah İsmayıl Xətai - "Ərənlər sərvəti ol paki dindür" deyir ki, bu da dinimizin ən kamil və pak din olması anlamındadır.
Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.