XALÇAÇILIQ SƏNƏTİNİN ƏSASINI QOYAN TÜRKDÜR

15-05-2022, 00:04           
XALÇAÇILIQ SƏNƏTİNİN ƏSASINI QOYAN TÜRKDÜR
Üç min il bundan qabaq yazmış BABİLİSTAN ŞAİRİ ŞƏMSİ ƏDƏD ABİDƏ oxuyuruq:
"ƏRİŞİ ÜVƏ YEYİRKƏN, VURTUM SİMA,
SAPI VURTUMSA ÜVƏ, YERİ, QAYE PUÇ"!

Əgər gəbənin, xalçanın simasın - üzün, naxışın güvə yeyibsə, ona yeni sima (yeni üz, yenidən naxış) vurmaq çətin deyil.
Vay u günnən ki, xalçanın sapın güvə vursun. Onu deşik-deşik eləsin. O zaman yeri, daha heç nə etmək olmaz, sonluğu/n puçdur!
İkimənalı yazılmış beyt xalçaya işarə etməklə, əslində vurğunu insanın öz taleyinə biganəliyinə vurur. Düşmən təhlükəsini vaxtında dəf et! Yoxsa, taleyin puç ola bilər.
***

~4.5 min illik digər bir mətndə isə xalçanın toxunma metodundan söhbət gedir. Oradan aça bildiyim bir misrada deyilir:
"ENƏN QILI ÇAL, U ENƏN QIL DİNC İRMƏZ.
XALÇIYA U ENƏN UCU HARA ATAR".
O əyri gedən, sallaq ipi kəs, o enən ip dinc durmaz.
Xalçıya u enən ucu hara (dalğavari rəqs) əyrilik qatar.
Yəni naxışın dəqiq cizgisini, xəttin sərtliyin pozar.

Əfsus ki, aşağıda göstərdiyim dünya mədəniyyət inciləri yaratmış Azərbaycan qadınının əl işləri dünya bazarlarında və ədəbiyyatında da "PERSİAN CARPETS" (Farsistan xalçaları) adı altında təqdim edilir. Adımız-sanımız danılır. 7-8 minillik tarixi olan bu sənəti yaşadıb gəlmələrə də öyrətmiş nənələrimizin həna arxasında tökdükləri əllərinin zəhməti onun-bunun adına çıxılır.
____________________
Şəkildə: 1. Şah Səfəvi xalçası; 2. İranın xəritəsi xalçada; 3. Şah Abbasi xalçası; 4. "Şah Abbasi" dizaynında toxunmuş sənət nümunəsi (xalça) - ABŞ, Vaşinqton DC, Corcoroan muzeyi;
Tariyel Azerturk
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.