SƏFƏVİ SÜLALƏSİNİN VARİSLƏRİ QACAR ​​ŞAHLARININ YANINDA - Onlara münasibət necə idi?

18-05-2022, 12:06           
SƏFƏVİ SÜLALƏSİNİN VARİSLƏRİ QACAR ​​ŞAHLARININ YANINDA -
Bildiyiniz kimi, Zaqafqaziya, İran, Əfqanıstan və digər geniş əraziləri idarə edən Səfəvilər, Əfşarilər və Qacarlar taxtda bir-birini əvəzləyən azərbaycan-türk sülalələri idilər.
Üstəlik, Qacarlarin hərbi şöhrəti və yüksəlişi məhz qızılbaş tayfaları arasında olduqları dövrdə başladı. Hansıki Səfəvi dövlətinin meydana gəlməsində əsas dayaq idi.
Tarixdən bizə məlumdur ki, Qacar sarayında keçmiş Səfəvi sülaləsinin nümayəndələrinə hörmətlə yanaşılırdı. Əslində bu başa düşüləndir, çünki Qacarlar özlərini Səfəvilərin varisi hesab edirdilər.
Rus şərqşünasi İ.N. Berezin «Путешествие по Северной Персии» (1852) adlı kitabında bu barədə bir qeydi var:
“Yeri gəlmişkən, bir vaxtlar məşhur Səfi [Səfəvi] sülaləsinin gənc varisi hələ də Azərbaycanda yaşayır: o, İran [Qacar] sarayında hörmətə sahibdir və Təbriz şahzadəsinin yanında oturmaq hüququna malikdir.”
C. K. Nelsonun, “Herat mühasiresi,“ adlı əsərindən oxuyuruq:
"İranın Qacar ​​hökmdarları özlərini Səfəvilərin davamçıları hesab edirdilər və məqsədli şəkildə bu imperiyanın xarici görünüşünü bərpa etməyə çalışdılar, lakin səyləri daha az uğurlu oldu.”
İstinad: Türkün səsi 1/7












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru