Vitse-spiker: “Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb”

19-05-2022, 09:29           
Vitse-spiker: “Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb”
Bir həftə ərzində təxminən 3 milyard dram - təxminən 6,5 milyon ABŞ dolları, Nikol (Baş nazir Nikol Paşinyan-red.) cinayətlər törətdiyinə görə polisləri bu qədər mükafatlandırdı.

“Report” xəbər verir ki, bunu müxalif “Ermənistan” fraksiyasının nümayəndəsi, parlamentinin vitse-spikeri, İşxan Saqatelyan deyib.

"Mayın 16-da polisə 2 milyard 180 milyon dram mükafat verilib. Rəsmi rəqəmi deyirəm - 5 milyon ABŞ dollarına yaxındır - polis Nikoldan mükafat alıb. Üstəlik, mayın 11-də polisə 700 milyon dram mükafat da verilib. "Bir həftə ərzində 3 milyard dram, təxminən 6,5 milyon dollar, Nikol polisi bu qanunsuzluqlara görə mükafatlandırdı", - Saqatelyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru