Muzaffar ad-Din Gökböri - Ərbil bəyliyi əmiri və böyük sərkərdə...

21-05-2022, 20:42           
Muzaffar ad-Din Gökböri  -
Türkmən ailəsindən gələn Gökbörü dövrün ən basılmaz sərdarı olub. Əyyubilər dövlətinin qurulmasında yaxından iştirak etmiş, Suriyanı fəth etdikdən sonra Səlahəddinin bacısına elçi düşmüş və evləndikdən sonra yeznə qayına çevrilmişlər.
Qəhramanlığı ilə xüsusi seçilmişdir, məsələn 1187-ci ildə gerçəkləşən məşhur Cresson döyüşündə indiki Mason o zamankı Tampliyerlər ordenin böyük magistrı Jerar de Ridforanın ordusuna qalib gəlmiş, son cəngavərə qədər edam etmişdir. Yenə həmin gündə İoannitlər ordeni məhv edilmiş, məhşur magistr Roger de Moulins və marşal Robert Fraisneli edam etmişdir. Yazdığım adları axtarışa verin, dövrün ən tanınmış tarixi şəxsiyyətləridir.
Ən böyük hərbi uğuru 1187-ci ildə Hattin döyüşündə gerçəkləşmişdir. Müzəffərəddin Gökbörü bu döyüşdə Səlahəddin Əyyubi ordusunun sol cinahına rəhbərlik etmişdir. Bildiyiniz kimi bu döyüşdə kral Luzuinyalı Qay əsir düşmüş, Yerusəlim krallığı dağılmış, xaçlılar Qüdsdən qovulmuşdur.
Səlahəddinin ölümündən sonra Zəngilərlə yaxınlıq etmiş, Mesopotamiyanı işğal etməyə çalışan, dövrün daha bir böyük şəxsiyyəti Cəlaləddin Xarəzmşahla döyüşə girmişdir. Bağdat xəlifəsi generalı yenə türk olan Qutu Quş Teymurun səhvi ucbatından 1225-ci ildə Cəlaləddinə əsir düşmüş, ancaq adı-sanına görə həmən ay sərbəst buraxılmışdır.
Oğlu olmadığından varis elan edə bilməmişdir, həyatını xeyriyyəçiliyə, təhsilə, dövlətin çiçəklənməsinə həsr etmişdir. Yaşlı illərində böyük ordu yığıb monqollarla döyüşə hazırlaşsa da xəstəlikdən 1233-cü ildə vəfat etmişdir. Ölümündən 3 il sonra Ərbil əmirliyi Ögedey xan tərəfindən işğal olunur.
Orxan Vəliyev
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru