Pul və şöhrətpərəstlik ən sevimli günaha çevrilməkdə - Aydın Can yazır

23-05-2022, 08:23           
Pul və şöhrətpərəstlik ən sevimli günaha çevrilməkdə - Aydın Can yazır
"Şöhrətpərəstlik ən sevimli günahlardan biridir!"
Al Paçino
Adamlarımız, daha doğrusu, əziz bildiklərimiz, dəyər verdiklərimiz, bizdən bilib bizdən olmayanlara çevrilənlərimiz getdikcə... gündəyməzləşir. Etibar Cəbrayıloğludan eşitmişdim: "gündəyməzdən murdar yer yoxdu, onu da hələ kəsib atan olmayıb!"
Kəsib ata da bilmirik... ömrümüzün, düşüncəmizin, duyğularımızın illəri, bağları olan gündəyməzə çevrilənlərimizi!
Hər sahədə belədi hər bir insanımız üçün!
Pul və şöhrətpərəstlik ən sevimli günaha çevrilməkdə
Rövşən Hacıbəyli gözəl ötürmə edib statusunda, odur ki, öz cəsarətimə sığınıb bir az da üstünə mən benzin tökürəm! Çünki çoxdan idi içimdəydi bu qübar.
Əqidəsini və cəbhəsini dəyişənlərdə... vicdan tamam itməyibsə... onlar etdiklərindən əzab çəkir və qəribədir ki, - bütün dünyada belədir, bizdə də ayrı cür təsdiqi yoxdur, - ciyərlərindən əldən gedirlər.
Görünür, vicdanın əleyhinə getmək, amma həm də vicdandan tam vicdansızlığa yuvarlana bilməmək... QARAciyərin məhvi ilə cəzalandırılır - adamın QARAlmağı məhz ordan nişan verilir!
Fəqət... tam vicdansızlığa yuvarlanmışlar... deputat da, nazir də olurlar - əqidə və cəbhə dəyişməyin, vicdansızlığa yüzdəyüz yuvarlanmanın cəzası övladın ölümü, qızın bar qəhbəsi, arvadın gözgörəsi məşuqə... olması ilə cəzalanır - faktlar en qədər.
Pul və şöhrətpərəstlik azarına görə vicdandan imtina az müddət adamı xalq qəhrəmanı etsə də, sonda elə həmin xalqın nifrəti ilə... dəfn edilir!
Ən pis aqibət isə, jurnalistlərdən də şox şairlərdədir!
Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xudu Məmmədov, Aydın Məmmədov... özləri də, yaradıcılıqları da, qəbirləri də xalq sevgisindən bəs qədər yarıyıb!
Nüsrət Kəsəmənli rəhmətlik, Baba Vəziroğlu, Sabir Rüstəmxanlı özləri də, şeirləri də, qəbirləri də xalq sevgisindən tamarzı qalmayacaq - bunlara həm də şairliyindən yana, penislərinə də sevgi yaşadıblar "fanatka"ları, zənnimcə, özləri də, "fanatka"ları da razıdır!
Amma və lakin... Əli Kərim, Rüstəm Şamxal, Vidadi Məmmədov nə özləri bəs qədər sevgi gördü, nə qəbirləri, nə də şeirləri - arada-bərədə "sən mənim qədrimi biləsən deyə" yada düşür, bəzən də "qaytar ana borcunu!", Şamxal da ancaq "Bakıda evlər ucalır, İçində ruslar qocalır, Oğlun-qızın çöldə qalır, Yaşa, yaşa, Azərbaycan" qədərincə - indi day rusbaşlar fəallaşıb deyə, o bənd də yada düşmür!
Azərbaycanın artıq dünya yazarları qədər böyümüş Seymur Baycanı, Aqşin Yeniseyi nəylə sevilir: adamların o boyda düşüncəsi, iç dünyası qalıb bir yana, bir məzmunsuz "yenə yağış yağır, sənə məktub yazıram" səviyyəsində bayağı darıxmaq şeiri ilə Aqşin Yenisey, köşə yazılarının üstündə söyülməyi ilə Seymur Baycan!
Halbuki... bu ölkədə, heç olmasa, bir Zamin Hacı səviyyəsində anlanan Seymur Baycanı HAMI elə Zamin Hacı anladığı qədər böyük bilməliydi!
Nə Zamin Hacıda o qabarit var durub Seymur Baycanı öz koloritində təqdim etmək savaşı açsın (əslində, Seymur Baycan da, Zamin Hacı da o mərhələyə adlayıblar ki, rahathülqum dünya istəyirlər), nə də Seymur Baycanı layklayanlar, sevənlər Zamin Hacı zövqünə yüksəlirlər! Halbuki...
Aqşin Yenisey də, Seymur kimi, məhəlli bir orbitdə əzizlənir - Seymur Baycanda təkcə Zamin Hacıdır, Aqşin Yeniseydə isə "bir az" çoxdur - bir-iki allahsız ciddi intellektual, bir də regional dəstəklə!
Əslində, bu onların faciələri deyil - onlar ortaya düşüncə və potensial qoydular! Qalanı bizlik idi... biz isə əvvəl onların yekəxanalığına qıcıq olduq ("bizim öz auditoriyamız var", "mən elitar şairəm" tipində), sonra "buntar"lıqlarına, sonra postmodernizmi yanlış anlamaqdan yana yüksəlişlərinə - Bəxtiyar Vahabzadə və Məmməd Araz sevgisini ona görə vurğuladım əvvəldə!
Nə Seymur Baycan, nə Aqşin Yenisey özlərinə, şeirlərinə, hekayələrinə, yazılarına sevgidən yarıdılar, nə də qəbirləri yarıyacaq, heç Sabir, Baba, Nüsrət kimi, penislərinə də bir gün ağlamadı, işıq salmadı bu boyda nəhənglikləri!
Vicdanıyla heç vaxt alver etməyən imzalardan biri kimi, sevgisiz qaldı... yaradıcılığı da, özü də Seymur Baycanın. Qəbrini də o aqibət gözləyir!
Vicdanıyla alverdə tərəddüd zamanı itirdi ciyərini, mədəaltı vəzisini Aqşin Yenisey!
O ciyərdən gələn qoxu, - bilmirəm oxucuya necə çatır: üfunət kimimi, təzə nəfəs kimimi, amma hər halda daha əvvəlki gül qoxuyan şair nəfəsi gəlmir o ciyərindən.
Amma biz indi Seymur Baycanla, Aqşin Yeniseylə, hələ də diri qalan Elnur Astanbəyli ilə (Zahid Sarıtorpaq, Ramiz Qusarçaylı, Bəxtiyar Hidayət, Ayaz Arabaçı, Mübariz Məsimoğlu, Rasim Qaraca ayrı kontingentdir, mən cavanlardan danışıram) çox fəxr duyulası bir leveldə olmalıydıq!
Seymurun sevilməsi üçün ONU GÖRƏN ADAMLAR olmalıydı, Seymur SEVİLDİYİ ADAMLARI görməliydi - Seymur isə... təkcə Zamin Hacının onu gördüyünü görür və unudur ki... Telli Pənahqızı onun "Quqark"ını hamıdan gözəl görüb də, yazıb da! Özü də necə gözəl yazıb!
Telli Pənahqızı Seymurun cameəsindən olmadığı üçün dəyər kəsb eləmir onun üçün!
Aqşin dəyərsiz adamların yanında dəyərlidi deyə (və bundan özü də razıdır, Seymur kimi), haqq etdiyi sevginin işığı ədəbiyyatın kəhkəşanında bərq vurmur!
SÖZARASI: niyə bu sevgidən, bu taledən danışıram - bizim hətta Seymur və Aqsin səviyyəli yazıçılarımız belə, özlərini bizə məxsus saymır, halbuki, onlar da anlasalar ki, onları böyüdən mənsub olduqları dilin və xalqın sevgisi(,nin) böyüklüyü etiraf etdirər, onda Azərbaycan ədəbiyyatının dünyadakı imici bir az az əziyyətə düşər!
Və...
pula, şöhrətpərəstliyə canatım da (neçə şair-yazıçımız, jurnalist-publisistimiz evdən, medaldan yana bihörmət oldu!!!), ondan imtina da məhrum edir... həqiqi dəyərdən və sanbaldan!
Sadəcə... ədəbi taledə bir bəxtigətirmə də var!
Azərbaycan isə yeganə ölkədir ki, burada:
- ən gündəyməz adamların bəxti gətirir,
- ən dahi adamlar sevgiyə məşəqqətlərdən, əziyyətlərdən sonra çatır,
- ən uğursuzlar isə anarxistlər olur!
- buqələmunlar, vicdansızlar bu dünyada ömrü başa vurur, bu dünyada həyatı şərəfsizlər rahatlıq içində yaşayır, vicdanlı adamlar öz varlığı ilə dəyərləri sabaha ötürürlər!
Bunun isə axırı yoxdur!
Şöhrətə canatımın indiki zamanda meyarı isə... layk sayıdır!
Layklayanlarla xalq qəhrəmanı qayıran xalqın saxtalığı göz önündə!
Saxtalıq əsas xarakterik keyfiyyəti olan xalqın bəşəri övladı olmaq çox çətindir (bu incəliyə görə, adam Seymuru, Aqşini bəzən qınaya da bilmir)! Hətta faciələrinə belə soyuqqanlı yanaşsan da!
Bu qədər sadə və bəsit!
p.s. gündəyməz həmkarlar, dostlar, soydaşlar çoxaldıqca... bütün dəyərlər urvatdan düşür, çünki adamlar həm də yaşamaq istəyir! Həyatı isə (bəxti gətirən) gündəyməzlər yaşayır! Bunun da axırı yoxdur, amma yenə də... həyat davam edir! Halbuki, yer yerindən oynamalı(y)dı, göy yerə salama gəlməli(y)di!
Oynamır, gəlmir
Aydın Can
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.