Lənkəranı müdafiə edən Sadıx xanın rus generalının təslim olmaq təklifinə cavabı: "Tanrıya inanan özgə vətəndə qanlar töküb, sadə xalqı yağmalamaz"
24-05-2022, 00:00
1813-cü ildə Lənkəran xanə Mir Mustafa xan tərəfindən dəvət edilmiş işğalçı rus generalı Kotlyarevskiyə Azərbaycan xanı tərəfindən yazılmış bir məktubu ixtisarla paylaşırıq. Bugün belə aktual olan, dəhşətli mövzudur.
Azərbaycanın Rusiya tərəfindən işğalından danışanda hər kəsin gözündə ilk Gəncə və son nəfəsinə qədər döyüşən Cavad Xan canlanır.
Lakin daha böyük döyüş və amansız qətliam var ki, o da 1813-cü ildə Talış xanlığının paytaxtı Lənkəran şəhərində gerçəkləşib. 13 gün sürən döyüşdə general Pyotr Kotlyarevski şəhəri qoruyan Qacar canişini Sadiq Xana dəfələrlə məktub yazıb təslim olmasını istəsə də əhimiyyət verilməmiş, xalq sonuna qədər cavaşmışdır.
Məktublaşmada general Kotlyarevskinin "Lənkəranı Qacarların əlindən azad etməyə gəlmişəm" başlıqlı məktubuna Sadiq Xanın belə bir cavabı var:
"Siz Talış xanlığını “qacarların əllərindən” qurtarmağa gəlməmisiniz, siz başqalarının ərazi bötövlüyü hesabına öz torpaqlarınızı genişləndirməyə gəlmisiniz. Dünyanın ən böyük imperiyasının boş torpaqlarında yaşamaq sizə beləmi dar gəlir ki, genişlənmək qərarı almısız? Sizin doymaz-acıgöz, imperatorlarınız qonşuluğunda zəif krallıqları əmrinə tabe etməyi özlərinə məqsəd biliblər, əsasən də müsəlmanları, onların müharibəyə hazırlıqsızlığından istifadə edərək. Sizə yad olan, 2 min mil uzaqlıqda yaşayan xalqlaqrın "azadlıq" dərdlərini düşünməkdənsən kəndlilərinizi, sadə insanlarınızı zülm və qandalda saxlayan mülkiyətçilərdən qurtarın.
Məktubunuzda Tanrı və bəşəriyyət qarşısında haqlı olmağınızdan yazmısız. Bu nə insanpərvər cümlələrdir qurmusuz? Siz Tanrıya inanırsız? Şübhə edirəm. Tanrıya inanan əsgərlərini mənasız qırğına aparmaz, onların yoldaşlarına, uşaqlarına rəhm edərdi. Tanrıya inansanız öz vətəninizdə rahat yaşayardınız. Tanrıya inanan özgə vətəndə qanlar töküb, sadə xalqı yağmalamaz"
Cavabdan hiddətlənən general Kotlyarevski şəhəri saatlarla bombalamaq əmri verir. Ordunun üçdə ikisini itirmək bahasına Ruslar Lənkəran qalasına girməyi bacarırlar. Sonuna qədər dirənən Sadiq xan əlindən düşməyən qılıncla şəhid olur. Ruslar şəhər müdafiəsinə duran əsgərlərdən başqa, uşağa, qadına baxmadan 10 mindən çox qala sakinini vəhşicəsinə qılıncdan keçirir.
General Kotlyarevski isə qətliamdan sonra ağır yaralı halda meyidlərin altından tapılır. Generalın sağ sifəti tamamən parçalanmış, başının dağılmış sümükləri isə qulağından çölə çıxmışdı. Lənkəran döyüşündən sonra general istefaya göndərilir, 1851-ci ilə qədər quru yeməklərdən məhrum, əlil və ağrılı həyatını yaşayır.
P.S. Rusların qələbəsindən sonra Lənkəran xanı Mir Mustafa xana rus çarı 1-ci Aleksand general-leytenant rütbəsi verdi.
Teref.az