Erma Bombek ölümündən əvvəl bunları qələmə almışdır...
20-06-2022, 10:47
Xərçəng xəstəliyindən vəfat etmiş, amerikalı yazıçı Erma Bombek ölümündən əvvəl bunları qələmə almışdır:
Həyatımı yenidən yaşaya bilsəydim əgər;
- Xəstəykən yatağa girər istirahət edərdim.
- Mən olmadığım zaman hər şey pisə gedəcək deyə düşünməzdim... Gül şəklindəki çəhrayı şamı saxlamaz yandırardım.
- Daha az danışar, amma daha çox dinlərdim...
- Yerlər çirklənsə, masa örtüm ləkələnsə belə daha çox dostlarımı axşam yeməyinə dəvət edərdim...
- Qonaq otağında televizora baxarkən, popcorn yeyər.
- Yerlər ləkə olacaq deyə qorxmazdım...
- Mənə gəncliyini izah etməyə çalışan atama daha çox vaxt ayırardım...
- Ərimin məsuliyyətlərini daha çox paylaşardım...
- Saçım pozulmasın deyə, avtomobilin şüşəsinin açılmasına qarşı çıxmazdım...
- Ətəyimin ləkələnilməsinə baxmadan çəmənlərə oturardım...
- Televizora baxarkən daha az, həyata baxarkən daha çox ağlar və gülərdim... Ömür boyu zəmanətlidir deyilən heç bir şeyi satın almazdım...
- Hamiləliyimin bir an əvvəl sona çatıb, doğum etməyi diləmək yerinə, hamilə olduğum hər anın dadını çıxarar və içimdə bir canlı saxlamanın nə qədər möcüzə olduğunu fərq edərdim... Bu o qədər nadir bir hadisə ki... Möcüzə kimi bir şey...
- Uşaqlarım məni öpmək istədiklərində, əsla "Əvvəl get əllərini, üzünü yu" deməzdim... Onlara daha çox "səni sevirəm", ondan da daha çox "üzr istəyərəm" deyərdim.
- Amma başqa bir həyat verilsəydi ən çox edəcəyim şey; hər dəqiqəsini qiymətləndirmək olardı...
Diqqətlə bax... Həqiqətən gör... Yaşa.. İmtina etmə...
Kiçik şeylər üçün şikayət etməkdən imtina et...
- Mənə bənzəməyənlər, məndən daha çox şeyə sahib olanlar və kimin nə etdiyi məni maraqlandırmazdı...
- Bunun yerinə, əlaqələrimi gücləndirməyə çalışardım...
- Sahib olduğunuz ruhi, fiziki və romantik hər şey üçün şükr edin...
Tək bir həyatınız var və bir gün sona çatır...
Ümid edirəm hər gününüzü qiymətləndirərsiniz..."
Teref.az