Batin alimi yazır: Azər Allahı, onun 33 dildə danışan müqəddəssləri

27-06-2022, 19:02           
Batin alimi yazır: Azər Allahı, onun 33 dildə danışan müqəddəssləri
Sufi-batinilərə görə, Azərbaycan Atabəglər Ailəsinin banisi pir Amon İlahdan Xelat göylərində Allah yaratdıqdan sonra, onun ruhu ərşə yüksəlir və o Ra-Amon, yəni Rəhman Allaha çevrilir.
Qədim Misir mənbələrində bu kosmik Allah Neter, Ruten və s. kimi də qeyd olunurdu ki, batıni mənada bu rəmz Tanrı rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, türklər Tanrı dedikdə - özündə iki dünyanı, yəni yerdəki fiziki və göydəki ruhlar dünyasını birləşdirən kosmik Allah başa düşülməlidir. Bizlərə bu iki dünya İç və Taş Oğuz kimi məlumdur. İki dünyanın bu Oğuz bəgləri Misir mənbələrində "Vahid əsilli xalqların Böyük Birliyi" adlanır. Vahid əsilli dedikdə bu bəglərin - İlahdan, yəni ilkin materiyadan, xaosdan yaradılması başa düşülməlidir. Oğuz adı da batini mənada xaos, yəni ilkin materiya, İlah anlamındadır.
Bu o deməkdir ki, Azərbaycan Atabəglər Ailəsi dedikdə qədim Misirin Vahid əsilli xalqların Böyük Birliyi nəzərdə tutulmalıdır.
Azərbaycan adı Azər sözündən yaranmışdır və qədim Misirdə bu rəmz Asar, Assur yəni Osiris Allahı kimi keçir. Deməli, qədim Misirdə Osiris Allahı dedikdə kosmik Ruten tanrısı, Osirisın ölüm şahlığı dedikdə isə onun daxilindəki İç Oğuz eli başa düşülməlidir.

Yaradılandan sonra Assur, yəni Osiris tanrıları Sünik elinə gəlib burada Babil qülləsini tikir və məhz onun göylərində İç Oğuz elini, yəni cənnəti var edirlər. Babil qülləsi tikilib qurtardıqdan sonra, bu tikilinin sirlərini gizli saxlamaq üçün Allah bu Vahid əsilli xalqların vahid dilini dəyişib, onları iki dünyaya səpələyir.
Göydəki dünyaya, yəni İç Oğuza "köç edənlər" islamda mühacirlər (Qüreyşlər), Taş Oğuzda qalanlar isə ənsarilər və ya nizarilər adlandırıldı.
İki dünyaya rəhbərlik üçün ümumi 33 pir-bəgi seçilir ki, bu ölməzlərin Ağası kimi, bütün yaradılışın səbəbkarı olan Atabəg firon Amon qəbul edirlir. Məhz o qədim Misir yazılarında bütün Allahların Atası və Ağası adlanır. İç Oğuzda, yəni göydəki cənnətdə ölümsüzlük qazanmış Atabəg Amon Allahı və onun 32 ölümsüz bəg-ərənləri məhz buradan dünyanı idarə etməyə başladılar. Qədim zamanlardan bütün ölkələrdə padişahlar və peyğəmbərlər, öz aralarında şahlar dili olan türk dilində, öz xalqları ilə isə 32 dildə danışmağa üstünlük verdilər.

Otuz üç müqəddəsdən ibarət Atabəglər Ailəsi İslamda - “Sadat (Seyid) silsiləsi”, “Aliyə (Əli) silsiləsi", “Qızıl silsilə” və s. adlanır və onlar İslamın bütün dövrlərində xüsusi vəzifə yerinə yetirən müdriklər hesab olunurlar. Sufilər Qırxıar məclisi deyəndə də 7 "günə" yaradılmış kosmik Neter-Azər tanrısının daxilində yaşayan 33 ölümsüz pir (7+33=40) nəzərdə tutulur.
Buddizmdə bu 33 Allah - Trayastrimşa adlanır və onlar Sumeru dağının göylərindəki düzənlikdə yaşayırlar.

Zərdüştilikdə bu 33 pir - 33 Ameşa Spenta, yəni 33 ölümsüz müqəddəs ruh adlanır. Rus mənbələrində, iki dünyanı idarə edən bu ölümsüz ruhlar - 33 boqatır, yəni 33 Adər/Azəri bəgi adlanır. Avropa masonluğu da bu 33 Azəri bəgləri ilə bağlıdır və bu rəqəm masonluqda ən ali dərəcəni bildirir. Masonluq ümumiyyətlə bu 33 Allahın iradəsini yerdə həyata keçirmək üçün yaradılmışdı.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.