Qızılbaşlar öz başlarını Şahın yolunda tərəddüd etmədən verəcək qədər Şahlarını sevirdilər...

22-07-2022, 23:47           
Qızılbaşlar öz başlarını Şahın yolunda tərəddüd etmədən verəcək qədər Şahlarını sevirdilər...
Şah İsmayıl Çaldıran döyüşündə müəyyən səhvlərə yol vermiş Şiraz hakimi Zülqədərli Xəlil sultanı bağışlamır və onun haqqında ölüm hökmü çıxarır. Hökmü icra etmək üçün isə tək bir nəfər, Qorçu Kor Süleymanı göndərir. Qorçu Kor Süleyman Şiraza gəlib Xəlil Sultanın evinə çatanda Şiraz hakimi bir dəstə adamla məclisdə əyləşmişdi.
Qorçu onu kənara çağırıb Şahın onun haqqında verdiyi edam fərmanını oxuyur. Fərmanı dinləyən Xəlil Sultan böyük nüfuz və orduya sahib olmasına baxmayaraq tərəddüd etmədən, müqavimət göstərmədən təkbaşına onu edam etməyə gələn Qorçunun qarşısında diz üstə çökür. Kor Süleyman onun boynunu vurub başını götürərək evdən çıxır...
Tufan Gündüz
"Son Kızılbaş Şah İsmail"
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.