UTANC VƏ ŞƏRƏF HİSSİM HAQQINDA

29-07-2022, 00:00           
Dünən "Fənərbaxça" "Dinamo" Kiyev futbol matçı gedişində çox xoşagəlməz, hətta mən deyərdim ki, bütün türk toplumu üçün utanc gətirəcək bir hadisə baş verdi. Söhbət "Fənərbaxça"nın məğlubiyyətindən getmir. Yarışdır. Bir gün məğlub olmağın qaçılmazdır. "Fənırbaxça" azarkeşləri top sevimli komandalarının qapı xəttindən keçəndən sonra futbol meydanında baş verənlərdən narazılıqlarını ifadə etmək üçün Putinin adını səsləndirməyə başladılar. Nəticədə Kiyev "Dinamo" sunun məşqiçisi Mirço Luçesko oyundan sonrakı mətbuat konfarsında iştirak etməkdən imtina etdi...
"Fənərbaxça" azarkeşlətinin bu davranışı ikrah doğuran bir hərəkətdir. Bəziləriniz deyəcəksiniz ucundan tutub ucuzluğa getmək lazın deyil. Rəqib komandaya neqativ münasibətin bu və ya digər şəkildə azarkeşlər tərəfimdən ifadəsi geniş yayılmış adi haldır. Əvvəla, hər şeyin həddi olmalıdır. Söhbət Ukrayna xalqının qatili olan, artıq ABŞ Senatı tərəfindən terrorizmin sponsoru kimi tanınan bir dövlətin başçısına, onun cinayətlərinə rəğbətin ifadəsindən gedir. Belə ictimai əhval-ruhiyyənin mövcudluğu Türkiyəyə, türk millətinə şərəf gətirmir...
İkincisi, Azərbaycan yiğmasının və komandalarının Yunanıstan və Kiprdə kerirdiyi oyunlarda baş verən iyrənc təxribatlara bizim və Türkiyənin haqlı etiraz reaksiyasını yada salaq. Bundan sonra cavab verin ki, Ukraynalılar dost saydıqları bir ölkədə baş vermiş bu iyrənc təxribatı, ən acısı isə utanc gətirən hərəkətin ictimai-siyasi qınağa tuş gəlməməsini necə qarşılamalıdırlar?!!!( Uğur Dündar artıq acıqlama verdi və bu hərəkəti pislədi teref.az)
Üçüncüsü, ən acınacaqlısı ondan ibarətdir ki, Türkiyə ictimai fikrində Putin cinayətkar dövlətin cinayətkar dövlət başcısı kimi deyil, hələ də əməkdaşlıq edilməsi mümkün sayılan tərəfdaş dövlətin hörmətə layiq prezidenti kimi qəbul edilir. Ərdoğanın Tehranda Putinlə əl-ələ tutub dostcanına şəkil çəkdirməsi bu münasibətin ən yüksək səviyyədə təsdiqidir.
Mən Ərdoğanın Putinlə götüşlər keçirçməsinin əleyhinə deyiləm. Siyasət elə bir sənətdir ki, bəzən cinayətkarla da oturub danışmalı olursan. Amma cinayətkarla dostcasına şəkil çəkdirəndə törədilmiş cinayətləri ən azı qeyri-məqbul hərəkət saymadığını nümayış etdirirsən. Özünu böyük dövlət sayan bir ölkənin prezidentinə layiq hərəkət deyil...
Bircə onunla şərəf hissi keçirirəm ki, Azərbaycan ictimai fikrində Türkiyədəki vəziyyətdən fərqli olaraq, Ukrayna xalqına sonsuz dəstək, Putinə isə eyni dərəcədə sonsuz nifrət hakimdir...
Rauf Mirkadırov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.