Şahmərdan Cəfərov -64

12-08-2022, 09:37           
Şahmərdan Cəfərov -64
Salam Komandir !
Qəhrəmanlar ölmür, deyirlər. Belə qəhrəmanlar zaman keçdikcə öz xalqının azadlıq simvoluna çevrilirlər. Çünki belələri qəhrəman adını öz xalqının azadlığı uğrunda mübarizə apararaq qazananlardır. Amma Azərbaycanın uzaq və yaxın tarixində azadlıq uğrunda canından keçən elə qəhrəmanlarımız da var ki, həmin qəhrəmanları qəsdən, indiki hakimiyyətin xüsusi siyasəti nəticəsində unutdurmağa çalışıblar...
Belə qəhrəmanlardan biri də hərakatımızın "Şah"ı, bu gün doğum günü olan 36 yaşında öldürülmüş Elçibəyin silahdaşı millət vəkili Şahmərdan Cəfərovdur.

...O, Elçibəyi həmişə özünə ideal sayırdı. Onun yolunda canından keçməyə hazır idi. Taledən qaçmaq olmaz...Şahmərdan bəy elə Əbülfəz bəylə görüşdən 2 gün sonra Çulfanın polis əməkdaşı Qurban Qurbanov tərəfindən ağır yaralanıb və həbsxanada rəhmətə gedib.
Qeyd edim ki, o, həm də 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biri olub. Amma məncə O, müstəqilliyə tək səsini deyil, ruhunu, canını, qanını verdi.!

Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində doğulub.
Yaşasaydı bu il - 64 yaşı olacaqdı ...Amma 36 il yaşadı Qoymadılar...
...Sədərək kəndi üçün mühüm əhəmiyyət kəsb edən Miltəpə postunun geri alınması planına Heydər Əliyevə qarşı çıxmışdı. O vaxt Bakı Siyavuş Mustafayevi Naxçıvan Muxtar Respublika Daxili İşlər naziri təyin edəndə Şahmərdan bu qərarı dəstəkləyirdi, Heydər Əliyev isə qərara qarşı idi. Belə yaranıb aralarındakı soyuqluq…

O, Naxçıvanın, Qarabağın- Azərbaycanın müdafiəsi, müstəqilliyi üçün gecəsini gündüzünə qataraq bütün varlığı ilə savaşıb .
Ölümündən illər ötməsinə baxmayaq, indinin özündə də Naxçıvanda hamı onu hörmətlə yad edir. Siyasi dünya görüşündən asılı olmayaraq, sanki hər kəs özünü ona borclu sayır.
Mənim yaddaşımda isə Sən əzəmətli görünüşünlə, o haqqı bağıran səsinlə, o sərt görünən üzünlə və o üzün arxasındakı yumşaq və təmiz ürəyinlə qalmısan !
Unutmayaq!!
Ruhu qarşısında təzimlə Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.