XARAKTERSİZLİYİN SİMVOLU - EYNULLA FƏTULLAYEV!

9-09-2022, 08:03           
XARAKTERSİZLİYİN SİMVOLU -
Genlər öz rolunu oynayır – Eynullaya sahib olduğu “keyfiyyətlər” ana babası “Qaşıq Yusif”dən keçib!

Başlığa çıxardığım bu ad altında uzun müddət öncə facebook səhifəmdə bir yazı paylaşmışdım. Həmin yazıdan kiçik bir hissəni diqqətinizə çatdırıram:

“Eynulla Fətullayev yeganə adamdır ki, zaman-zaman onun haqqında verdiyim proqnozlarda yanılmamışam. Çünki bu adamın mayası xəyanətlə yoğrulub. Elə bu səbəbdən dolayı onun zamana və məkana görə atacağı addımı əvvəlcədən müəyyən edə bilirəm. Eynulla hamıya xəyanət edib – dostuna, işçisinə, vətənə, dövlətə… hətta özünə, prinsiplərinə xəyanət edib! Eynulla xəyanət etmədən yaşaya bilməz! Onun – xəyanətinə son qoyduğu gün həyatı bitər. Xəyanət etmək Eynulla üçün nəfəs almaqdı. Xəyanət Eynulla üçün oksigen rolunu oynayır…”

Bu gün Eynulla yenə öz ampluasındadır. Yenə xəyanət, yenə ara qarışdırmaq, yenə kiməsə torba tikmək… Adam, dediyim kimi, xəyanətsiz yaşaya bilmir… Bu dəfə onun hədəfi Əvəz Zeynallıdır. O Əvəz ki, bütün yanlışları və doğrularıyla birlikdə bu vətən, bu dövlət üçün çox işlər görüb. Əvəz Zeynallı o şəxsdir ki, Azərbaycan mediasında azad sözün, azad fikrin təbliği və tətbiqində öndə gedənlərdəndir. Əvəz Zeynallı Azərbaycan mediasının mayak isimlərindəndir. Əvəz Zeynallı medianın ən sərt tənqidçi yazarlarından biridi, ancaq istənilən taleyüklü məsələdə dövlətin və dövlət başçısının mövqeyində duran dəyərli qələm adamlarımızdandır.

Eynullanın Əvəz bəyə qarşı başlatdığı şərəfsizcə oyunun səbəbləri haqqında mən ətraflı yazmaq istəmirəm. Onsuz da Əvəz bəy Xural Tv-nin efirindən bu barədə ətraflı bəhs etdi. Mən, sadəcə, Eynullanın xarakterindəki iyrəncliklərlə bağlı sizləri bir daha bilgiləndirməklə onu daha yaxından tanımağınızı istəyirəm. Elə hesab edirəm ki, Eynullanı ən yaxşı tanıdan onun öz yazılarıdı. Ona görə də, ən yaxşısı, gəlin onu öz sözləri ilə tanıdaq…

2005-ci ildə Eynulla rəhbərlik etdiyi “Gündəlik Azərbaycan” qəzetində bir yazı yazmışdı. Həmin yazıdan bir parçanı diqqətinizə çatdırıram:


“Azərbaycan dövləti erməniləri millətçi qüvvələrin aşıladığı ksenofobiyadan hifz edə bilməz. Məhz buna görə Qukasyan haqlıdır, onların müstəqillik ideyalarına hörmətlə yanaşılmalıdır…

Qarabağ münaqişəsinin üç həlli yolunu görürəm… Zənnimcə bu variantlardan 3-cüsü – “Azərbaycan hökuməti tarixi zərurətdən çıxış edib, dövlətin hərbi məğlubiyyəti ilə barışıb, Qarabağın dağlıq hissəsinin müstəqilliyini (Ermənistana miatsumunu) tanımalıdır” – ən optimal variantdır…

Gəlin səmimi etiraf edək: erməni icması Azərbaycana bərabərhüquqlu vətəndaşlar kimi qayıda bilərmi? Xeyr, xeyr, min dəfə xeyr!..

İntellektual Miqranyan Azərbaycan ziyalısından çox daha üstündür…

Adam Ermənistana baş götürüb qaçmaq istəyir…

Mən Qarabağda olarkən özümü daha təhlükəsiz hiss etdim…”

Sizcə, bu sətirlər vətənə xəyanət deyilmi? Vətənə xəyanətin buynuzu olmur. Bu, xəyanətin ağababasıdı. Ancaq təəssüflər olsun ki, mayası xəyanətlə yoğrulan bu tipi hansısa bizə məlum olmayan səbəblərdən həm müxalifət, həm də hakimiyyətin yüksək eşelonlarında təmsil olunanlar qoruyub-kollamışlar. Məsələn, o, 2011-ci ildə həbsdən buraxılanda müxalifət düşərgəsində böyük bir ajiotaj var idi. Ən çox sevinənlər də başda Əli Kərimli olmaqla, cəbhəçilər idi. O vaxt mən “Eynullanın azadlığı və Əlinin sevinci” adlı yazı yazmışdım. Bu günün özündə də aktuallığını qoruduğunu düşündüyüm həmin yazıdan bir hissəni nəzərinizə çatdırıram:

“Eynulla Fətullayev azadlığa buraxıldı…

Çoxları Eynullanın azadlığa çıxmasına sevinir: əlisi də, vəlisi də, pirvəlisi də…

Amma mən o düşüncədə deyiləm ki, sevinənlərin hamısı öz hisslərində səmimidir. Əksəriyyət məqsəd güdür…

Eynulla Fətullayev azadlığa buraxıldı. Çoxları buna sevinir, mən də sevinirəm. Ən azı ona görə ki, sözə, fikrə görə kiminsə həbs edilməsinin tərəfdarı deyiləm. Baxmayaraq ki, Fətullayevin həbsinə səbəb olan yazılarında irəli sürdüyü fikirlərin böyük əksəriyyəti ilə də razı deyiləm…

Amma mənim başa düşmədiyim bir şey var: Eynullanın həbsdən buraxılmasına niyə ən çox Əli Kərimli sevinir? Axı Eynullanın onun haqqında yazdıqları yadımızdadı.

Tutaq ki, mən Eynullanın azadlığına qovuşmasına sevinə bilərəm və həqiqətən də sevinirəm. Çünki Eynullanın şəxsən mənə hər hansı bir pisliyi keçməyib. Həbsxananın nə olduğunu da mən çox yaxşı bilir və kiminsə azadlığının əlindən alınmasını arzulamıram.

Bəs, Əli Kərimli? O niyə sevinir Eynullanın həbsdən buraxılmasına? Doğrudanmı Əli bəy Eynulla barədə fikirlərində səmimidi? Nədənsə mən buna şübhə ilə yanaşıram.

Əli bəy deyib ki, Eynullanın yazdıqlarına hər zaman inanıb, çünki o həmişə doğruları yazıb. Məncə, AXCP sədri bu sözləri merkantil maraqlarından çıxış edərək dilə gətirib. Çünki Eynulla Fətullayevin qələmindən çıxan “Əclaf tarixin ironiyası” (14 oktyabr 2005-ci il) və “Təxribatın iki tacı” (29 noyabr 2005-ci il) adlı yazıları hələ də çoxları unutmayıb. Həmin yazılarında o, AXCP sədrini “siyasi gədəlikdə” və “əclaf” olmaqda günahlandırmış, Yevno Azef və Keşiş Qapon kimi tarixi şəxsiyyətlərlə müqayisə etmişdi. İndi həmin yazıları təkrar açıb oxudum və bir daha əmin oldum ki, Eynullanın azadlığına görə Əli bəyin sevinməsinin arxasında başqa səbəblər yatır. Bəs, görəsən, bu səbəblər hansılardır?..

Tam əminliklə deyə bilərəm ki, heç atası Emin kişi də Eynullanı mənim tanıdığım qədər tanıya bilməz. Mən Eynullanın aldığı nəfəsi belə bilirəm. Bilirəm ki, zamanı gələndə o, bu gün onunla qucaqlaşıb obyektivlərə poz verən bütün siyasətçiləri əzib keçəcək. Həm də bunu utanmadan edəcək!

Bunu mən bilirəmsə, Əli Kərimli bilmir? Bilir, bilir… Həm də məndən də yaxşı bilir.

Əli bəy çox yaxşı bilir ki, Eynulla Fətullayev sabit adam deyil, zamanı gələndə bu gün tərif dediyinə xaincəsinə zərbə endirə bilər, həm də qurşaqdan aşağı… Bəs elə isə, onun Eynulla ilə məhrəm görünməsinin səbəbi nədir? Yuxarıda da qeyd etdiyim kimi, bunun ən əsas səbəbi AXCP sədrinin merkantil maraqlarından çıxış etməsidi. Fikrimizi başqa cür ifadə etsək, belə deyə bilərik ki, Əli Kərimli ilə Eynulla Fətullayev arasında oxşar cəhətlər çoxdu:

– hər ikisi cəmiyyətin standartları üstündə savad və qabiliyyət sahibidir, amma bu qabiliyyətləri onları xudbinləşdirib, eqoizmə sürükləyib;

– ikisinin də manevr yetənəyi var;

– ikisinin də strateji məqsədi eynidir – şəxsi maraqların ön plana çıxarılması;

– məqsədə çatmaq üçün həyata keçirdikləri taktikalar da uyğundur – şantaj, böhtan, təhqir etmək və s.

Bax, bu oxşar cəhətləri olan insanlar üçün daimi dost və ya daimi düşmən prinsipi yoxdu. Belələri maraqları kəsişdiyi məqamda dünkü düşmənliyi unudub dost ola və yaxud da bu gün tərif dediyi adamı sabah qurşaqdan aşağı vura bilir.

Mən heç şübhə etmirəm ki, nə zamansa Eynulla Fətullayev 2005-ci ildə Yevno Azeflə müqayisə etdiyi Əli Kərimlini, bu gün müxalifətin əsas lideri hesab etməsinə baxmayaraq, yenə də ağır ittihamlara məruz qoyacaq, qurşaqdan aşağı vuracaq. Əli bəy isə Eynullanı iqtidarın tulası, muzdlu mirzəsi adlandıracaq. Məncə, ikisi də haqlı olacaq…

Mən isə bütün bunları yazdığıma görə bu tip adamların zombiləşmiş tərəfdarlarının vəhşi hücumuna məruz qalacağam. Olsun, şəxsən mənim heç bir etirazım yoxdur. Hər kəs öz seçdiyi həyat tərzini yaşayır…”

Həmin vaxt AXCP-nin radikal üzvlərinin kəskin hücumuna məruz qaldım. Cəbhəvari söyüşlər səhifəmi bəzəyirdi. Əlacım yalnız ona qaldı ki, cəbhəçilərə deyim: bir müddət sonra mən bu yazını yenidən sizə xatırlatmalı olacam, Eynulla sizləri ağır şəkildə ittiham edəndə…

Aradan 5 il keçəndən sonra dediklərim bir-bir özünü doğrultdu: Eynulla Fətullayev AXCP sədrini Fətullah Gülənin başçılıq etdiyi terror təşkilatına yardım etməkdə günahlandırdı, cəbhəçi “xişniklər” də onu Fuad Ələsgərov, Mədət Quliyev və Əli Həsənovun “tulası”, “intilligent trolu”, “muzdlu mirzəsi” adlandırdılar. Əslində həm o tərəf, həm də bu tərəf haqlı idi.

Eynulla Fətullayev təkcə müxalifət düşərgəsinə yox, hakimiyyətdə onu qoruyan, yemləyən ağalarına da xəyanət edib. Əvvəlcə Fərhad Əliyevi Kəmaləddin Heydərova satdı. Kəmaləddin Heydərovu Eldar Mahmudova və onun bandasına satdı. Sabiq bandit emteençiləri xarici kəşfiyyata satdı və təbii ki, bu əməlinə görə qulağından tutub qoduqluğa saldılar…

Eynulla daha kimləri satmatı, xəyanət etmədi? Sabiq DİN şefi Ramil Usubovu, “Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevi, hətta həbsxanada ona kimsənin toxunmaması üçün himayəsinə girdiyi tanınmış kriminal avtoritet “Masallı Mamed”i… Eynulla hər kəsi satıb, hər kəsə xəyanət edib. Hətta özünə, prinsiplərinə belə, xəyanət edib.

Bu yazıda diqqətinizə iki foto təqdim edirəm. Bu şəkillərin ikisi də Eynulla Fətullayevin səhifəsindən götürülüb. O, 1-ci şəkili 24 dekabr 2013-cü ildə paylaşıb və belə bir status yazıb:


“Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov. Hələ 20 il bundan əvvəl bu kifir və kasıb Naxçıvan sakini heç təsəvvürünə belə gətirməzdi ki, 20 ildən sonra Azərbaycan mətbuatını inhisara alacaq. Kül bizim başımıza!”

Həmin bu status-posterə şərh yazanlardan biri Eynullaya irad tutub ki, cənab Əli Həsənovun heç olmasa bir sifəti var. Bu irada Eynullanın cavabı belədir:

“Onun o qədər sifətləri var ki – 1990-cı ilə qədər Kommunst partiyası, sonra Heydər Əliyevin köməkçisi, sonra Doğru Yol Partiyasında – Tamerlan Qarayevin silahdaşı, sonra YAP – Əli Nağıyevin silahdaşı, sonra Ramiz Mehdiyev mərhələsi… Hə, bir sifəti var” – və sonuna da gülüş işarəsi qoyur.

İndi gələk 2-ci şəkilə. Bu şəkili o, öz səhifəsində 23 iyul 2014-cü il tarixdə paylaşılıb. Milli mətbuat günü ilə əlaqədar keçirilən tədbirdə Eynulla “çoxsifətli” hesab etdiyi Əli Həsənovdan mükafat alarkən çox mutlu görünür.

Bax, budur Eynulla Fətullayev. Sabit mövqeyi olmayan yaramazdı… yoldaşlıq, dostluq etdiyi, birlikdə iş gördüyü hamını yarı yolda buraxan, satan, xəyanət edən yaramazdı Eynulla Fətullayev!

Genlər öz rolunu oynayır…

Eynulla Fətullayev ana tərəfdən Babək rayonunun Cəhri kəndindəndi, anasının babası cəhrili məşhur Qaşıq Yusif olub. Eynulla bütün fəaliyyəti ilə – hamını satması, xəyanət etməsi, uzun müddət normal münasibətlər saxladığı şəxslərə torba tikməsilə babası Yusifin nəvəsi olduğunu dəfələrlə sübut edib.

Eynullağın mərhum atası Emin Fətullayev isə əslən ağdamlıdı, qızıl alveriylə, zərgərlik işləriylə məşğul idi. Heç şübhəsiz, siyasi qızışdırıcılıq, araqarışdırmaq, torba tikmək kimi “keyfiyyətlər” Eynullaya ana babasından keçib, siyasi alver bacarığı da ata tərəfindən keçib. Bəli, genlər öz rolunu oynayır…

Cəhri kəndiylə bağlı “qaşıq” sözü elə Eynullanın babası Qaşıq Yusifdən qalmadı…

Son olaraq, Eynulla haqqında sosial şəbəkədə qələmə alınan və onun xarakterini açıb göstərən lakonik fikirləri dərləyib-topladım və diqqətinizə sunuram. Hesab edirəm ki, marağınıza səbəb olacaq…

Düzgün Adam: “Eynulla hətta haqlı da olsa, haqsızdı!”

Əvəz Zeynallı: “Eynulla Fətullayevin satmadığı adam yoxdur. O, hər kəsi satıb. Eynulla özünü belə satıb!”

Əvəz Zeynallı: “Şərin Eynullası! Rəzilliyin Eynullası! Alçaqlığın Eynullası! Bax, budur Eynulla Fətullayev…”

Mayıl Musayev: “Tanrı bunun əvəzinə bir kərpic verəydi, heç olmasa, bir tualetin küncünə qoyaydılar…”

Kamran Məhərrəmli: “Eynulla Fətullayevin azərbaycanlı iş adamlarının üstünə getməsi “cırıq üçlük”, yəni maddi mənfəət davasıdı!”

Mirheydər Abbasov: “Siyasətin qaydasız oyun olduğunu bilirdim. Eynullanı tanıdıqdan sonra həyasızlığın da ölçüsüz kəmiyyət olduğunu anladım…”

Orxan Qədimov: “Hərdən mənə elə gəlir ki, Eynulla Fətullayev professional artistdi. O, şoumenliyi hər kəsdən gözəl bacarır…”

Səməd Səfərov: “Eynulla düzələn qozbel deyil. Ancaq hərdən onurğa sütununa ağrı vermək lazımdı ki, bəlkə düzəldi. Onun məsələsinə aydınlıq gəlməlidir. Biz bilməliyik ki, onu öləndə fəxri xiyabanda dəfn edək, yoxsa ataq dənizdəki balıqlara?”

Timur Kaçarava: “İntellekti və qabiliyyəti olan birinin “maska” taxmağa mənəvi haqqı var. Eynulla da bu haqqından istifadə edir…”

Hüseyn Abıyev: “Eynulla bəy, Yiğit Bulutla tv ekranlarında Ərdoğana elədiyin tərifləri unutmamışam. O vaxt sənin yerinə mən utanmışdım, “azmıydı Türkiyədə yaltaq, bir də sən çıxdın ortaya” demişdim sənə. İndi nə olub? Bir müddət öncə yaltaqlandığın Tayyib Ərdoğanı vurmağının səbəbi nə? Ümumiyyətlə, sənin dərdin nə?”

Şahin Məmmədov: “Baş açmıram da sənin mövqeyindən… Mövqeyini bildir!”

Anar Məlikov: “Eynulla adı artıq söyüş brendinə çevrilib!”

Elxan Əhmədov: “Eynulla türməyə qədər və türmədə Qərbə işləyirdi, azadlığa çıxdıqdan sonra Rusiyaya işləməyə başladı, indi də özünə işləyir. Necə deyərlər, başarana baş qurban…”

Fariz Axundov: “Eynulla, bəs deyirdin soğana qarşı allergiyan var? O zaman içini göynədən nədir?”

Cavid Əhmədov: “Eynulla bəy, sən həbs müddətini Maştağada keçirmisən? Elə deyilsə niyə bu qədər “ağıllanmış” görünürsən azadlığa çıxdıqdan sonra?”

Əflatun Məmmədov: “Rəngini fəsilə uyğun ən uğurlu şəkildə dəyişən canlıya Eynulla Fətullayev deyilir…”

İlqar və Əli: “Suları gəlmədiyinə görə Eynulla piket keçirməyə hazırlaşırdı. Bu gedişlə onların su kranından neft axacaq!”

Nəcəf Quliyev: “Həbsdən çıxdıqdan sonra Eynullanın ilk dəyişdiyi şey eynəyi oldu. İndi o, hər şeyi bu eynəkdən gördüyü kimi görür…”

Məcnun Eynalov: “Bir türlü qərar verə bilmirəm, hansı daha həyasızdı, Eynulla, yoxsa Bəxtiyar?

Vasif Əli: “Eynulla Fətullayevin statuslarına yazılan şərhləri oxuyanda onun yerinə mən utanıram. İnsan bu dərəcədə peysər olmağı necə bacarır?”

Tahir Sadıqov: “Eynulla, 5-6 il qabaq klassik mahnılar ifa edirdin. Səbəb nədir ki, “palatka” mahnılarına üz tutdun?”

Vasif Əliyev: Eynulla, fuck off!”

Nazim Kuliyev: “Bəzən soruşurlar ki, Eynulla Fətullayev hansı tərəfdədi. Harda pul var, xeyir var – Eynulla ordadı…”

Krutoy Elvin: “Eynulla Fətullayev Şahvələd Çobanoğluna deyib ki, bu ölkədə səndən və YAP-dan başqa mənə vicdansız deyən olmadı. Sən nə yalançı adammışsan, ay Eynulla! Bu ölkə ancaq Şahvələddən və YAP-çılardan ibarət deyil!”

Turan Samir İbrahimov: “Eynulla Fətullayev, sadəcə olaraq, bir layihədi. Ancaq çox uğursuz layihədi!”

Famil Əhədi: “Eynulla utanmır! Utana bilsə adam olacaq…”

Şəfi Şəfiyev: “Vicdanını neçəyə satdın, Eynulla? Bəlkə səhv edirəm… Bəlkə heç əvvəldən yox imiş səndə vicdan deyilən şey…”

Qara Oğlan: “Eynullanı yaxından tanıyan bir dostum onunla qarpız yemələrini danışdı mənə. Dostumun dediyinə görə, Eynulla qarpızı yedikdən sonra ağzındakı dənələri yediyi qaba tüpürürmüş. Yediyi qaba tüpürmək elə əzəldən Eynullanın xislətində varmış…”

Fərəməz Novruzoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.