Demokratiya və monarxiya - "Taxt boş, ölkə kralsız qala bilməz"

9-09-2022, 09:48           
Demokratiya və monarxiya -
İngilis kraliçası dünyadan köçdü. Kədərlənməyin, 300 il tarixi olan, fransızca " Le Roi est mort, vive le Roi!"-dan götürülmüş məşhur "The King is dead. Long live the King!" deyimini xatırlayın...
Deyimin birinci, "Kral ölüb" cümləsi ölən kral haqqında məlumat, ikinci "Yaşasın kral!" cümləsi yeni, onun yerini tutan yeni krala aiddir.
Taxt-tac boş qalmamalıdır, qalmaz da. Elə o çağlardan ingilis Məxfi Şurasının başqa bir, yuxarıdakına bağlı deyimi qalıb "Taxt boş, ölkə kralsız qala bilməz". Zatən, doğruluğu göz qabağında...
Bunun nədəni odur ki, monarxiyalarda və adı respublika olsa da monarxiya tipli dövlətlərdə idarəetmə bir şəxsə, "Bir kişi"yə bağlıdır və o olmasa, taxtda oturmasa hakimiyyət çökə bilər. Dayanışmış demokratiyalarda, respublikalarda isə belə deyil.
Şəkildə: 1715-ci il, sentyabrın 1. Məşhur "Günəş-Kral", XIV Lüdovik öləndən sonra regent (atabəy) prens d`Orlean ölən kralın beş yaşlı oğlunu XV Lüdovik adıyla kral elan edir. O uşağın solunda dayanıb. Kiçik kralın sağında, əlindən tutub ona doğru əyilən əbalı qoca kardinal de Noaydır, yeni krala sədaqət andı içir.
Çingiz Sultansoy
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru