Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı işıq üzü görüb

19-01-2023, 08:27           
Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı  yeni kitabı işıq üzü görüb
Şair və tədqiqatçı kimi tanınan Şirvani Ədillinin “Türküstan kitabxanası” seriyasından “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub. Kitabda müəllifin şeirləri, hekayələri və elmi-ədəbi məqalələri toplanıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın redaktoru və ön sözünün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Zəkulla Bayramlıdır.
Xatırladaq ki, Ş.Ədillinin indiyədək “Mənim odlar diyarım” (2011) adlı şeirlər, “Əruz vəzninin sadələşdirilmiş qəlibləri” (2011), “Milli ideologiyamız: Türklük, Çağdaşlıq, İslam” (2013) və “Azərbaycan şeirində forma məsələləri” adlı araşdırma kitabları nəşr olunub.
“Tək vətən sevgisi bəsdir” kitabına yazılmış ön sözü oxuculara təqdim edirik.

ÖN SÖZ

Mən Şirvani Ədillini əvvəllər əsasən aktiv bir BAO (Bütöv Azərbaycan Ocaqları) üzvü, eyni zamanda, keçirdiyimiz bütün tədbirlərdə yaxından iştirak edən ictimai-mədəni fəal kimi tanı¬yırdım. Doğrusu, onun ciddi elmi, ədəbi və bədii yaradıcılıqla məşğul olduğunu təsəvvür etməzdim. Bir dəfə təsadüfən ümumi çay süfrəsi arxasında BAO-çularla söhbət edərkən mətləb gəlib elmi-ədəbi mövzulara, ədəbiyyat və şeir məsələlərinə çıxdı. Bu zaman təbiətcə sakit və mülayim xarakterli Şirvani bəyin klassik ədə¬biyyatımız və şifahi xalq yaradıcılığı nümunələrimiz haq-qında özünəməxsus maraqlı və orijinal fikirləriylə qarşılaşdım və çox təəccübləndim. Həmin söhbət zamanı mən maraqlanan dostlara heca və əruz vəznlərinin fərqli özəllikləri haqqında öz fikirlərimi izah edirdim. Bu zaman bəzi ağız ədəbiyyatı örnək¬lərimizdə əruz vəzninin işləndiyi haqqında mübahisələrin ol-duğunu dedikdə, Şirvani bəy, hamıdan fərqli olaraq, bu fikri qətiyyətlə müdafiə etdi və hətta fikrini təsdiq etmək üçün bəzi özü¬nəməxsus örnəklər də gətirdi. Mən bu mülahizəylə razı¬laş¬masam da, texniki sahələrdə çalışan, filoloji təhsili olmayan bir gənc fəalımızın ədəbiyyat nəzəriyyəsinin belə incə və həssas mə¬qamlarına bələd olmasından qürur duydum və özümçün gələcəkdə belə söhbətlərdə ehtiyatlı olmağa qərar verdim. Son¬ralar mən onun şeirlər də yazdığını, hətta bəzi kitablarının nəşr olunduğunu da öyrəndim. Eyni zamanda, ictimai-mədəni təd¬birlərdə öz şeirlərini həvəslə qiraət etdiyinin də şahidi oldum.
Bir gün Ş. Ədilli nəşr etdirmək istədiyi yeni kitabının redak¬to¬ru olmağımı xahiş etdikdə, düzünü deyim ki, sevindim. Çünki onun, çoxları kimi, yalnız ad və şöhrət xatirinə kitab buraxdır¬maq istədiyini ağlıma gətirmədim və ona görə də məmnuniy-yət¬lə razılaşdım.
Öncə onu deyim ki, Şirvani Ədillinin “Tək vətən sevgisi bəs¬dir” adlı kitabı quruluşuna görə başqa kitablardan fərqlənir. Belə ki, burada həm şeir və hekayələr, həm də ədəbi-elmi mə¬qalələr toplanıb. Maraqlıdır ki, həm bədii əsərlərində, həm də elmi-publisistik məqalələrində ədalətli və vicdanlı bir insanın, xalqının və vətəninin taleyinə biganə qala bilməyən bir yazarın ürək çırpıntıları duyulur. Müəllifi yaxından tanımaq istəyən hər kəsi bu kitabı diqqətlə oxumağa, Şirvani bəyin könül dünyasına və ruh aləminə baş vurmağa səsləyirəm. Qoy, Şirvanini şəxsən tanıyan insanlar zəhmət çəkib onun bədii və elmi yaradıcılığı ilə də yaxından tanış olsunlar.
Ş. Ədillinin bu kitabında daha öncə yazılmış bəzi şeirlər ol¬sa da, əsasən son on ildə qələmə aldığı şeirlər üstünlük təşkil edir. Bu şeirlərdə Güney problemi, xalqımızın keçdiyi ağır və iztirablı yollar, öz yurd-yuvasından didərgin düşmüş soy¬daş¬larımızın ağrılı-acılı taleyi və 44 günlük II Qarabağ sa¬vaşının hamımızın qəlbində doğurduğu qürur və iftixar duy¬ğuları qır¬mızı xətt kimi keçir. Şirvani bəy istər klassik üslubda, istər aşıq yaradıcılığı səpgisində, istərsə də sərbəst vəzndə qə-ləmini sı¬naya bilir, ürəyindən keçənləri müxtəlif ölçülü mis¬ralarla çat¬dırmağı bacarır. Məsələn, kitabın adına çıxarılmış “Tək Vətən sevgisi bəsdir” başlıqlı şeirdən bəzi misralara baxaq:

Bir vətən sevgisi bəsdir
sevəsən sən bütün insanlığı qəlbdən,
Olasan məzluma dost, zalıma düşmən,
Edəsən haqqa və insanliğa xidmət,
Qoy vətən sevgisi üstündə də
xoşbəxtliyə çatsın bəşəriyyət!
Qoy bütün dünyanın insanları
öz yurdunu sevsin,
Xoş gedər göydə Xudaya.
Çünki, zatən bəşərin düşdüyü min
dərdə, bəlaya
Başqa bir çarə əbəsdir,
Tək vətən sevgisi bəsdir!

Bu şeirin bütünlüklə çağdaş sərbəst şeirlə klassik ədəbi ənə¬nə¬lərin qovuşuğunda qələmə alındığı və bu zaman məzmun və ideyaya heç bir xələl gəlmədiyi göz qabağındadır. Ümumən ki¬tabda toplanmış şeirlərin bədii-estetik baxımdan hansı səviy¬yədə olduğu barəsində heç bir rəy söyləmədən bu işi oxucuların ixtiyarına buraxırıq.
Kitabdakı hekayələrdə də milli-mənəvi dəyərlərimiz, tarixi-etnik gələ-nəklərimiz, dilimiz, dinimiz və mənəviyyatımız haq¬qında əsil yazıçı münasibəti və narahatlığı boy göstərir. Bu hekayələrin qəhrəmanları əsasən ana vətənimizin və xalqımızın ağrı-acılarıyla yaşayan, tarixin sınaq və ibrət dərslərindən baş çıxarmaq üçün daim axtarışda olan, əqli-mənəvi təkamül yolunu tutan çağdaş gənclikdir. Bu hekayələri diqqətlə oxuyan hər kəs xalqının və vətəninin problemlərinə biganə qala bilməyən hə¬min gənclər arasında müəllifin özünü də görə bilər. Məsələn, “Köhnəlmiş gənclik” adlı hekayədə XX əsrin son onilliklərində keçmiş SSRİ-də özünü göstərən iqtisadi tənəzzül və mərkəz¬dənqaçma meylləri, demokratiya və “yenidənqurma” şüarları fonunda Azərbaycanda gedən ictimai-siyasi oyanış və milli dir¬çəliş hərəkatının ardıcıl izlənildiyini görürürk. Həmin qarma¬qarışıq və xaotik illərdə respublikamızda baş verən inqilabi pro¬seslərin məntiqi sonucu olaraq Azərbaycanın milli müs¬tə¬qil¬liyini elan etməsi, dilimizin tarixi adının bərpası, ilk müstəqil kons¬titusiyamızın qəbulu və b. məsələlərdə xalqın bağrından qopan milli ideoloqların və yurdsevər gənclərin yorulmaz mü¬ba¬rizəsi bədii şəkildə əks olunur.
Şirvani bəyin kitabında, yuxarıda qeyd etdiyimiz kimi, bəzi ədəbi-elmi məqalələri də yer alıb. Vaxtilə müxtəlif qəzet və jurnallarda, internet saytlarında işıq üzü görmüş bu məqalələr də müəllifinin nəzəri-elmi səviyyəsi və ədəbi-bədii zövqü haqqında çox şey deyir. Ş. Ədillinin istər klassik və çağdaş ədəbiyyatımız, istərsə də Avropa ədəbiyyatının hər hansı problemi haqqında irəli sürdüyü, yaxud müdafiə etdiyi mülahizələri peşəkarlıq və səriştəliliyi ilə diqqəti çəkir. Məsələn, Fransa ədəbiyyatının ən gö¬zəl və ən çox oxunan nümunəsi olan “Səfillər” romanında ailə dəyərlərinin araşdırılması olduqca maraqlıdır. Fikrimizi sübut etmək üçün müəllifin gəldiyi son nəticəni burada olduğu kimi vermək istərdik: “Beləliklə, “Səfillər” romanındakı hadisələr onu deməyə əsas verir ki, XIX əsrin əvvəllərində fransız cə¬miy¬yəti kifayət qədər ailə təməllərinə əsaslanan bir cəmiyyət ol¬muşdur. Yəni bu gün “şərq ailə ənənələri” adlandırılan ənə¬nə¬lərə oxşar ənənələr əslində əvvəllər Avropa xalqlarında da möv¬cud olmuş və yalnız son 100-200 ildə həmin ənənələrdə aşın¬malar baş vermişdir. Qərbin ailə dəyərləri ilə bağlı bu¬günkü durumu heç də qədim Avropa ənənələrindən qaynaq¬lanmır”. İlk baxışda qəribə görünsə də, Ş. Ədillinin bu sözlə¬riylə razılaş¬ma¬maq mümkün deyil.
“Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə” adlı məqaləni isə geniş spektrli və dərin məzmunlu bir araşdırma kimi sə¬ciyyələndirmək olar. Burada XIX əsr Azərbaycan nəsrinin gör¬kəmli nümayəndəsi Ə. Haqverdiyevin “Ağa Məhəmməd şah Qa¬¬car” faciəsindən başlamış çağdaş dramaturqumuz Əli Əmir¬linin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qa¬car” pyesinədək bir neçə dram əsəri tədqiqata cəlb edilir. Bu za¬man o, Y. V. Çəmənzəminlinin “İki od arasında” romanını, xalq şairi S. Vurğunun “Vaqif” mənzum dramını, A. Abbasın “Bat¬-manqılınc” romanını və N. Kəsəmənlinin “Yaddan çıxmaz Qa¬rabağ” lirik-dramatik poemasını, hətta Avropa yazıçısı Jan Gevrin “Xacə şah” romanında da Qacar obrazını diqqətlə təhlil edir, maraqlı nəticələr çıxarır. Adı çəkilən bütün əsərlərdə mü¬əllif Ağa Məhəmməd şah Qacarın faciəli taleyi, hakimiyyət uğ¬runda mübarizəsi və vahid mərkəzi dövlət yaratmaq yolunda keç¬diyi məşəqqətlərin bədii təsvirinə nəzər salır və onun ba¬carıqlı dövlət xadimi, iradəli sərkərdə və ağıllı diplomat kimi təqdim edildiyi əsərlərə üstünlük verir.
“Meyxana folklordurmu”, “Sərbəst şeir və onun növləri” və s. məqalələr də elmi-nəzəri baxımdan mütaliəli və hazırlıqlı bir ədəbiyyatşünas alim qələmindən çıxmış tənqidi yazılar kimi qiymətləndirilə bilər. Bu barədə də daha çox danışmadan “Tək Vətən sevgisi bəsdir” kitabının ayağının sayalı olacağına inan-dığımı bildirir və müəllifi Şirvani Ədilliyə yeni yaradıcılıq uğur¬ları arzulayıram.

Zəkulla Bayramlı
filologiya üzrə fəlsəfə
doktoru, dosent, şair
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.