Qalileyin Ay təsviri - FOTO

2-02-2023, 06:02           
Qalileyin Ay təsviri - FOTO
Özünün icad etdiyi teleskopda Ayda kraterləri ilk görən Qalileo Qaliley idi. Elə “krater” adını da ilk o tapdı. Qalileydən əvvəl Ay səthinin düz olduğuna inanılırdı. Qədim yunan sözü Κρατήρ şərab və suyun qarışdırıldığı qab deməkdir. Aydakı girintilər kasa formalı olduğu üçün Qaliley onları belə adlandırdı. O yazırdı:
“Biz belə nəticəyə gəldik ki, Ayın səthi bir ordu filosofun təxmin etdiyi kimi nə hamardır, nə də düz, heç mükəmməl dərəcədə sferik də deyil, əksinə, qeyri-bərabər, kobud, ləkəli çökəklikləri və yüksəklikləri olan yerdir”.
Hər kəsdən əvvəl görmək və gözləniləndən tamamilə fərqli bir şeyə baxmaq maraqlıdır. Qalileo, güman ki, Ayın səthini ilk görən insan olduğu üçün heyrətə düşmüşdü…

İbrahim Nebioglu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru