Yafəsin oğlu TÜRK deyil, Aşina oğlu TÜRKDÜR - ZÜLKƏRNEYN DEYİL OĞUZ KAQAN
27-03-2023, 08:04
Türklərin ən qədim miflərindən olan Göktürk Mifologiyasında türk millətinə adını vermiş və adı “türk” olan bir “Ata” var. Göktürklərin Aşina soyundan olan bu Ata Köğmen dağlarında ilk atəşi yandıran, millətini donmaqdan xilas edəndir. Və iştə “O millət” onu “Baş” seçib TÜRK adlandırır.
Bu mif Göktürklərin 4-5-ci əsrlərinə aiddir. Əsrlər boyu böyük müharibə və qırğınlardan sağ çıxdıqdan sonra Göktürk Dövlətinin qurulmasından bəhs edən mifdir. Və bu Çin yazılı mənbələrində də var.
Millətlər dinlərini dəyişəndə öz əcdadlarını yeni qəbul edilmiş dinin əcdadlarının əcdadları ilə əlaqələndirmək ehtiyacı hiss edirlər.
Türklər müsəlman olduqdan sonra Göktürklərin əcdadı olan Türkü Sami kökənli yəhudilik və islam mənşəli yəhudilik dinlərində Nuhun nəvəsi Yafesin nəslinə bağlayır. Yəhudilər və ərəblər eyni irqdən, yəni semit olduqları üçün onların mifologiyası da eynidir. Yəhudi miflərində Yefet, ərəb miflərində isə Yafəs adlanır.
Oğuz kağan dastanı kimi tanıdığımız mifin İslam variantında Oğuz kağan Anasına “Müsəlman olmasan, südünü əmmərəm” deyir. Oğuz atasını da öldürür. Eposdakı “Ata” fiquru əslində Oğuzların qeyri-müsəlman əcdadlarını simvolizə edir.Oğuz xan müəyyən mənada əvvəlki din xadimlərini məhv edir və Türk Millətini yeni din olan İslamı qəbul etməyə təşviq edir. Oğuz xaqanını ərəb əfsanələrində Zülkərneynə yamaq, yəhudi əfsanələrində isə Toqarmaya yamaq vuraraq onu ərəbləşdirməyə çalışırlar.
Miflər, dastanlar və rəvayətlər insanın şüuraltının ən dərin emosional mərkəzlərinə o qədər təsir edir ki, kütləni bir anda hərəkətə keçirə bilir. Təbii ki, mifologiyaları yaradanlar həmin cəmiyyətin şüuraltında olan arxetipləri bilən, mif, dastan və rəvayətlərə yiyələnmiş insanlardır.
Nuray Bilgili..
Teref.az