E.ə. 323-cü ildə 32 yaşında vəfat edən Makedoniyalı İsgəndərin cənazəsi əvvəlcə Memfisə, sonra isə İsgəndəriyyəyə aparılıb. Lakin qəribədir ki, bu 6 günlük müddət ərzində onun meyidi nə soyumuş, nə də çürümə əlaməti göstərmişdir. Elm adamlarının araşdırmasına görə Makedoniyalı İsgəndər həmin vaxt sağ olmuş, onun bu vəziyyətdə olmasına isə Guillain Barre sindromu səbəb olmuşdur. Çox nadir rast gəlinən bu sindrom insanın periferik sinirlərini məhv edir. 32 yaşlı hökmdar da bu xəstəlik səbəbindən tamamilə iflic olaraq yalnız nəfəs almışdır. Buna görə də onu sağ ikən ölü olduğunu düşünüb dəfn etmişlər. (İstinad: Medicina Az, Listelist Com)