Zəngəzurun Mehri rayonu ərazisində yerləşən, Nüvədi kəndi haqqında unikal məlumatlar

15-06-2023, 08:04           
Zəngəzurun Mehri rayonu ərazisində yerləşən, Nüvədi kəndi haqqında unikal məlumatlar
"..bu bizim Avropada heç kimin bilmədiyi bir şeydir."
1833-34-cü illərdə Qafqazda olan alim, naturalist, yazıçı, arxeoloq, tarixçi Dübua de Monperenin “Qafqaz ətrafında səyahət” adlı 6 cildlik əsərindən.
"Dünyadan təcrid olan bu tatar kəndinin sahibi bizim ziyarətimizi özünə böyük şərəf bildi.
Dərhal əcnəbilərin otağına gözəl persiya xalçalarını döşəməyə, ocaq yandırmağa, qəlyan gətirməyə tələsdilər. Qapıda dayanan ev sahibimiz ciddi mərasimə riayət edərək yanımızda oturmaq, hətta xalçamıza yaxınlaşmaq istəmədi. Yalnız israrlı təkidlərimiz sayəsində mən onu razı sala bildim ki, sərt etiket qaydalarını yumşaltsın və bizimlə otursun. Bizim üçün gözəl bir şam yeməyi hazırladı, onun əsas bəzəyi adət üzrə plov idi; bu bizim Avropada heç kimin bilmədiyi bir şeydir.
Məlikimizin əsas sərvəti üzüm bağları və tut ağaclarından ibarət idi; yarpaqları yığmağa zəhmət çəkmədən ipəkqurdlarını bəsləmək üçün tumurcuqları, hətta bütöv budaqları kəsilir. Yayda balaca söyüdə bənzəyən tut ağacı budananda onun bir-iki ilə yeni tumurcuqlar çıxardığı görünür; bağçalar kimi sıx əkilirlər. İpək qurdlarına qulluq etmək qadınlara həvalə olunur, sarma işləri dərənin kənarında, iri qoz ağaclarının kölgəsində aparılır..
Əsrlər boyu Nügədidə [Nüvədi -red.] heç nə dəyişməyib; ev sahibi bizi əmin etdi ki, bəlkə də min ildir ki, onun ailəsi bu kənddə məskunlaşıb ona sahib çıxıb. Bu ifadədə şübhəsiz ki, bir qədər şişirtmə var idi, amma təbiət tərəfindən bu qədər yaxşı qorunan bu ərazilərə döyüşməyə kim gələcək?"
Milli Kimlik
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.