Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov...İrəvanın verilməsinə etiraz edənlər ...

22-06-2023, 00:05           
Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov...İrəvanın verilməsinə etiraz edənlər ...
Bu bizik?!
29 may 1918-ci il...Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir. Məsələylə bağlı Milli Şurada Fətəli Xan Xoyski Azərbaycan Milli Şurasına məlumat verir. X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxulislamov, M.Məhərrəmov çıxış edərək İrəvan şəhərinin ermənilərə güzəşt edilməsinin mümkünsüzlüyünü bildirirlər. İki gün sonra İrəvan Milli Şurasının üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov İrəvanın ermənilərə güzəştə gedilməsinə etiraz edirlər. Ancaq iyun ayının 1-də keçirilən Azərbaycan Milli Şurasının iclası bu etirazı qəbul etmir. Bununla yanaşı İrəvanın güzəştə gedilməsiylə bağlı şəhərə nümayəndə heyəti göndərmək qərara alınır”
Şəkildə solda Nəriman bəy Nərimanbəyov...1937-də represisyaya uğrayaraq öldürülür.
Mir Hidayət Seyidov ...Hidayət bəyin qəfildən vəfatı haqda hələlik heç nə bilinmir. Hidayət bəyin yaxın qohumlarından olan diplomat alim Ramiz Abutalıbovdur.
Təəssüf ki, Bağır bəy Rzayevin şəkilini tapa bilmədim O, mübahisələr zamanı deyirdi: "Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz İrəvanlılar - mən və Seyidov (Mir Hidayət bəy Seyidov) gedəcəyik. Sizdən bir xahiş edirik: Öz Azərbaycanınızın müstəqilliyini təmin edib, bizi - Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın"
Bağır Rzayev ADR-in süqutundan sonra mühacirət etmişdi. Sonra qürbətdə dözməmiş, vətənə dönmüşdü. Siyasi təzyiqlərə dözməyərək özünü öldürüb...
Sözardı: “Bu məsələnin vaxtaşırı olaraq tez- tez gündəmə çevrilməsinə hamılıqla çalışmalıyıq. İrəvan məsələsinin gündəmə çıxarılıb müzakirə edilməsinin müsbət cəhəti ondan ibarətdir ki, biz İrəvanın ermənilərə verilməsinin səbəblərini müzakirə etməklə, onun əleyhinə və lehinə səs verən insanları qeyd etməklə bir daha dünyaya İrəvanın bir daha Azərbaycan şəhəri olduğunu çatdırırıq. Biz Qarabağ uğrunda mübarizə aparıb qalib gəldik, amma dünya İrəvanın tarixi Azərbaycan şəhəri olmasından hələ də xəbərsizdir. Bunu bu cür müzakirədən keçirməklə dünyaya yayıb çatdırırıq ki, doğrudan da 1918-ci ilə qədər İrəvan Azərbaycan şəhəri olub, sonra ermənilərə verilib. Və sonra bizim Azərbaycan şəhərini özlərinə paytaxt elan ediblər”
Baba Allahnəzərov
Teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.