ANAKSİMANDR və Yaradılış haqqında təlim.

1-10-2023, 08:15           
ANAKSİMANDR və Yaradılış haqqında təlim.
Qədim yunan fəlsəfi cərəyanı 3 dövrə bölünür.
1.Naturalistlər (e. ə. 600 - 450 cü illər).
2.Antroposentriklər (e. ə.450-400 illər)
3.Sofistlər (e. ə. 400-350 illər.
Naturalistlər o növ fəlsəfənin banisləri idi ki, burada başlanğıc hər bir şeyin nədən yarandığı
və nəyə döndüyü barədə məsələlər qoyulur.
Naturalistlərin banisi Fales olmasına baxmayaraq, bu cərəyanın davamçısı Anaksimandrın (e. ə. 610-546) fikirləri çox maraqlıdır.
"Təbiətdə hər bir şey insan təfəkkürü vasitəsilə dərk oluna biləndir. Oxşar nəticə şübhəsiz ki,inqilabi xarakter daşıyır.
Təbiət, özünün dərin fenomenlərinə qədər insan təfəkkürünə yatımlıdır. Təbiətdə dərkolunmaz tanrılar və ruhlar üçün yer yoxdur.
Məhz bu fikir təbiətin insan tərəfindən intellektual fəthinin başlanğıcı oldu.
Mif çərçivəsində olan təfəkkürdən, loqos çərçivəsində olan təfəkkür (məntiqi təfəkkür) formalaşdı. Mifdən loqosa keçid o vəzifələrə aiddir ki, onlar hər bir dövr hər bir şəxsiyyət qarşısında daim olaraq yaranır.
Düzgün olaraq şərh olunmuş mif-idrakın həqiqi formasıdır.
Fales kainatın fundamental "inşaat bloku"nun nədən ibarət olması barədə məsələ qoymuşdu.
Anaksimandr isə ilk əsasın APEYRON (sonsuzluqdan sonsuzluğa) olduğunu təsdiq etdi. Apeyron məkanda və zamanda qeyri müəyyənlik və hüdudsuzluqdur.
P. S. Kainat o qədər mürəkkəb və qarışıqdır ki, Tanrının Ol xitabəsindən yarandığı dərk olunan deyil.Yaradılış deyilən bir şey absurddur.
Şahlar Haciyev
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.