Leonardo da Vinçi (1452-1519) Bəşər tarixinin ən universal insanlarındandı.

29-01-2024, 10:04           
Leonardo da Vinçi (1452-1519) Bəşər tarixinin ən universal insanlarındandı.
Rəssamlıq, memarlıq, anatomiya, fiziologiya, mühəndislik kimi 16 fərqli sahədə dərin izlər buraxmış yaradıcı bir şəxsiyyət idi.
Təbiət kimi mükəmməl bir laboratoriyada quşların özəl yeri var.
Dahi Leonardo müşahidə etdiyi quşlar haqqında 1505-ci ildə "Quşların Uçuş Kodeksi"ni yazır.
Bu müşahidələr əsasında da Vinçi paraşütün prototipini hazırlayır.
İlk helikopter də onun əngin və əmsalsız zəkasının məhsuludur.
Leonardonun sağlığında nəşr olunmuş əsəri yoxdur.
Onun Luvr muzeyində mühafizə edilən rəsmlər və qeydlərdən ibarət 13 000 səhifəlik “Journal”ı var.
"Quşların Uçuş Kodeksi" bu qiymətsiz nəhəng mirasın kiçik bir hissəsidir.
İbrahim Nəbioglu
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.