Neptun rəsmi kəsf tarixindən 234 il əvvəl – 1613-cü ildə Qalileo Qaliley tərəfindən kəşf edilib.

30-01-2024, 10:07           
Neptun rəsmi kəsf tarixindən 234 il əvvəl – 1613-cü ildə Qalileo Qaliley tərəfindən kəşf edilib.
28 yanvar 1613
Qalileo Qaliley iki ildir ki, Yupiterin peyklərini müşahidə edir teleskopu ilə.
Gördüklərini səliqə ilə dəftərlərinə köçürür.
28 yanvar gecəsi Qaliley dəftərinə o vaxta qədər heç bir ulduz kataloqunda yer almayan bir ulduzun yerini qeyd edir.
Melburn universitetindən David Jamieson Qalileyin dəftərlərini tədqiq edərkən belə bir qənaətə gəlir ki, dəftərdəki ulduz bu gün Neptun kimi tanıdığımız planetdir.
Başqa sözlə, Neptun rəsmi kəsf tarixindən 234 il əvvəl – 1613-cü ildə Qalileo Qaliley tərəfindən kəşf edilib.
Lakin planetlər ulduzlardan fərqlidir, çünki planetlər Günəşin ətrafında fırlanır və ulduzlara görə səmada hərəkət edirlər. Maraqlıdır ki, Qalileo müşahidə etdiyi ulduzun yaxınındakı gerçək ulduzlardan fərqli olaraq tərpəndiyini (yəni hərəkət etdiyini) gördüyünü o gecə dəftərinə yazmışdır…
İbrahim Nəbioğlu
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru