ACGÖZLÜK, ACGÖZLÜK, ACGÖZLÜK...

12-03-2024, 16:19           
ACGÖZLÜK, ACGÖZLÜK, ACGÖZLÜK...
Moşunu hələ çox yada salacağıq
Bu gündən "28 may" metro stansiyası qarşısındakı meydan minik avtomobilləri üçün bağlanır. Bu barədə nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdəki çıxışında məlumat verib.
Deputatlardan biri ümumiyyətlə bəyan etdi ki, ictimai nəqliyyatının nüfuzunu bərpa etmək üçün insanlara başa salmaq lamızdır kı, minik avtomobilləri işə getmək üçün nəzərdə tutulmayır.
Əvvəla, bilmək istərdim ki, nazir müavini və deputatlar da işə içtimai nəqliyyatdan istifadə edərək gedəcəklər? Yoxsa bu tələb yalnız "qara camaata" aiddir?!!!
İkincisi, "28 may" metro stansiyasına bitişik Bakı Dəmiryol vağzalı yerləşir. Dəmiryol vağzalına yüklə gələn sərnişinlərin taleyi necə olacaq? Onları da içtimai nəqliyyata yönəldəcəklər? İçtimai nəqliyyatın bütün növlərində, o cümlədən, metro stansiyalarında və qatarlarındakı basırığı nəzərə alsaq vay onların halına!!!
Mən şəhərin mərkəzindəki bəzi sahələrin məinki minik avtobilləri, hətta bürövlükdə nəqliyyat üçün bağlanmasının əleyhinə deyiləm. Amma belə qərarlar elan edilməzdən əvvəl insanlara səmərəli alternativlər təqdim olunmalıdır. Əks təqdirdə hökumətin məqsədi elə bil ki, insanların həyatını daha da ağırlaşdırmaqdır.
Əsil məqsədin nə olduğunu mən çox gözəl başa düşürəm: taksi şirkətlərinin bazarını məhdudlaşdırmaq hesabına bu sektoru da inhisara alınmasını bir qədər asanlaşdırmaq. Məsələn, "28 may" stansiyasının qarşısındakı meydana minik maşınlarının daxil oımasına qadağa əminəm ki, bir müddət sonra qismən qaldırılacaq. Özü vətəndaşların və ölkəmizə gələn turistlərin çoxsaylı xahişlərinə əsasən. Amma meydana və düçünürəm ki, digər qapalı zonalara girişə icazə yalnız və yalnız konkret taksi şirkətinin minik maşınlarına veriləcək. Bunula məsələ həll olunacaq. Acgözlük, aclözlük, acgözlük... lap Vaqıf Sənədoğlunun Moşusu yadına düşdü...
Bir məsələyə də toxunmaq istərdim. Nazirlər Kabineti növbəti dəfə karantin rejimini uzatdı. Quru sərhədlərinin bağlannasından başqa bu karantin rejiminin hansı qadağa və məhdudiyyətləri əhatə etdiyini kimsə mənə izah edə bilər?!!! Yəqin ki, beləsi heç Nazirlər Jabinetində də tapılmaz!!!
Bilirəm ki, bəziləri Rusiya-Ukrayna müharibəsi, geosiyasi təhdidlər haqqında ağıllı-ağıllı malahizələr yürüdərək məni savadsızlıqda ittiham etməyə çalışacaq.Hamısı boşboğazlıqdır. Az qala hər gün Rusiya yeni aviareyslərin açılması haqqında məlumatlar yayılır. Burada səbəb yalnız və yalnız acgözlüjdür. Hava daşımalarından fərqli olaraq, avtobuslarla beynəlxalq sərnişin daşımaları üzərində bizim inhisarımız yoxdur. Hər şey bu dərəcədə bəsitdir. Ona görə də heş bir izahat vermədən bu karantin rejimini sonsuza qədər uzatmaq istəyirlər. Daha doğrusu bu sahəni də inhisara almaq imkanı yaranana qədər...
Bir sözlə o Moşunu hələ çox yada salacağıq...
Рауф Миркадыров
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.