Stalin Hitleri kimyəvi silahdan imtina etməyə məcbur edibmiş

9-05-2024, 08:18           
Stalin Hitleri kimyəvi silahdan imtina etməyə məcbur edibmiş
Müvafiq məlumatlar mayın 6-da məxfilikdən çıxarılan arxiv hərbi kəşfiyyat sənədlərinin Qələbə Muzeyinə təhvil verilməsindən sonra məlum olub.
Böyük Vətən Müharibəsi illərində nasistlər sovet əsgərlərinə qarşı kimyəvi silahdan istifadə etmək niyyətində idilər, lakin İosif Stalin Uinston Çörçil vasitəsilə Adolf Hitleri bunu etməməyə inandırmışdı.
Müvafiq məlumatlar mayın 6-da məxfilikdən çıxarılan arxiv hərbi kəşfiyyat sənədlərinin Qələbə Muzeyinə təhvil verilməsindən sonra məlum olub.
Tədbirdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi, Rusiya Qəhrəmanı İqor Kostyukov iştirak edib.
Kəşfiyyatçıların fikrincə, İkinci Dünya Müharibəsi zamanı Almaniya Qızıl Ordunun qaz əleyhinə maskalarının qoruya bilmədiyi yeni zəhərli maddə əldə edib.
Bu məlumata malik olan Stalin Çörçili Hitlerə təsir etməyə inandırıb. Britaniyanın baş naziri fürerə məlumat verib ki, Hitler zəhərli maddədən istifadə edərsə, öz ölkəsinin kimyəvi silah arsenalından almanlara qarşı istifadəyə göstəriş verəcək. Xəbərdarlıq işə yarayıb.
Bundan əvvəl faşistlərin Stalini üç həftəyə ələ keçirmək istədiyi bildirilirdi.
Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru