İkinci Dünya müharibəsində Azərbaycan böyük itkilər verib...

10-05-2024, 11:58           
İkinci Dünya müharibəsində Azərbaycan böyük itkilər verib... ·
İkinci Dünya müharibəsində Azərbaycan SSR-dən həlak olanların sayı müxtəlif mənbəələrdə 250-350 min arası göstərilir. Yəni, o zaman əhalinin 10%-ə yaxını həlak olmuşdu, bu rəqəmdən 2-3 dəfə çox yaralanan, müharibədə iştirak edənlər olub, belə çıxır ki, müharibədə Azərbaycanda yaşayanların, ən az hər 3 nəfərindən biri iştirak edib. Azərbaycan nefti müharibənin gedişatında ciddi rol oynayıb, bir sözlə nasional-sosializmə qalib gələn Dünya koalisiyasında bizim də payımız var.
Müasir zamanda bizim üçün 44 günlük Vətən müharibəsi qələbəsinin, ötən il 24 saata baş tutan anti-terror əməliyyatının uğurla yekunlaşmasının önəmi böyükdür, millət olaraq qürurumuzdur, iliyimizə qədər hiss etdiyimiz qələbədir, amma 41-45-də həlak olanları da, veteranları da unutmadıq.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, gələcək nəsillər müharibəsiz dünyada yaşasın! Amin!
P.S. Bizim ailə üzvlərinə də müharibə təsir edib, babamın böyük qardaşı 41-ci ildə müharibənin ilk günlərində Brest şəhəri ətrafında əsr düşüb, sağ qalıb, 1946-cı ildə kəndə gəlib, amma Stalin rejimi onu Sibirə sürgün edib, bir də diktatorun ölümündən sonra qayıda bilib. Nənəmin 2 qardaşı həlak olub, biri isə itgin düşüb. Bunu niyə ayrıca qeyd etdim – SSRİ statistikasında Gürcüstan və Ermənistanda kompakt yaşayan və müharibəyə gedən etnik türklərin (azərbaycanlıların) ayrıca statistikası yoxdur. Məsələn, Ermənistandan 180 min nəfərin, Gürcüstandan isə 300 minə yaxın insanın müharibədə həlak olduğu yazılır, əminəm ki, onların arasında böyük sayda soydaşlarımız olub, çünki, o illərdə Ermənistan əhalisinin ən azı 30-35%-i türklərdən ibarət idi...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.