RİYAZİYYATI RƏSM EDƏN QADIN

13-05-2024, 10:04           
RİYAZİYYATI RƏSM EDƏN QADIN
12 may Riyaziyyatda Beynəlxalq Qadınlar Günüdür.
Bu gün Məryəm Mirzaxaninin şərəfinə – onun ad gününə salınaraq təsis edilib.
Məryəm Mirzaxani (1977-2017) Tehranda azərbaycan əsilli bir ailədə dünyaya gəlib.
Fövqəl istedadlı qızlar üçün Fərzaneqan xüsusi məktəbində oxuyub.
17 və 18 yaşlarında beynəlxalq riyaziyyat olimpiadalarında 2 qızıl medal qazanıb;
2004-də Harvard Universitetində doktorluq dərəcəsi alıb;
2008-də Stenford Universitetində riyaziyyat professoru olur;
Prinston Universitetində dərs deyirdi…
Məryəm Mirzaxani 2014-cü ildə “Riman səthlərinin dinamikası və həndəsəsinə, onların modul fəzaları nəzəriyyəsinə görkəmli töhfələrinə görə” riyaziyyatın Nobel mükafatı sayılan Fields Medalına layiq görülüb;
O, Fields Medalına layiq görülən ilk qadındır.
40 yaşında amansız xəstəliyə yaxalanaraq Stanfordda vəfat edir.
Riyaziyyat məsələlərnii həll edərkən rəsm çəkməyi çox sevirdi. Kiçik qızının yaddaşında o, rəssam kimi qalıb…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.