Le Petit Parisien (Kiçik Parisli) dərgisinin yanvar 1904 sayısı.

13-05-2024, 11:04           
Le Petit Parisien (Kiçik Parisli) dərgisinin yanvar 1904 sayısı.
Dərginin üz qabığındakı illüstrasiya diqqətimi çəkir.
Təəccüblənirəm.
Hansısa bir dərginin qapağına Mariya və Pyer Kürinin çıxarılması qədər təbii nə ola bilər ki?
1903-cü ildə ikisi də Nobel mükafatına layiq görülüblər, üstəlik Mariya Küri ilk qadın Nobel laureatı olub. Yəni ilk baxışda təəccüblənəcək heç nə yoxdur…
Ancaq bu dərgi Le Petit Parisien qəzetinin bir ədəbiyyat əlavəsidir (!).
Düşünə bilirsizmi, bir ədəbiyyat dərgisi Mariya Kürinin həyat yoldaşı ilə birgə kəşf etdikləri iki radioaktiv element – polonium və radium haqqında yazı vermiş.
Ədəbiyyat dərgisi və bir radioaktiv elementin kəşfi ilə bağlı məqalə.
1900-cu illərin əvvəlindən Avropa qəzet və jurnalları bütün önəmli elmi araşdırmaları, yeni kəşfləri birinci səhifələrdən verirlər. Məhz bu yazılar sayəsində insanlar elmin təntənəsinə inanır, gənclərdə maraq oyanır və elmi-texniki tərəqqidə uğurlara uğur qatırlar.
Siz heç bizim hansısa ədəbiyyat dərgisində hansısa bir elmi məqaləyə, elmi populyarlaşdıran yazıya rast gəldinizmi?
Heç inanmıram…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.