ETRUSK DİLİ BARƏDƏ İTALYANLARIN ÖZLƏRİ NƏ YAZIRLAR?

14-05-2024, 08:17           
ETRUSK DİLİ BARƏDƏ İTALYANLARIN ÖZLƏRİ NƏ YAZIRLAR?
Etrusk dili latın, italyan və ya İtaliyanın hər hansı digər dilləri kimi deyil. Bunlar (yəni Latın, İtlayan və digər dillər - T.A.) ingilis dili də daxil olmaqla və əksərən müasir Avropa dilləri kimi Hind-Avropa dilləridir. Etrusk dili tarixöncəki dildir. İtaliya torpağını eramızdan əvvəl birinci minillikdən də qabaq, latınlar da daxil olmaqla, italik tayfalarının işğalından çox-çox qabaqlar İtaliyada danışılmış tarixdən əvvəlki bir dil təmsil edir.
*** Yəni, Etrusk dili İtaliyada Latın və digər İtalik tayfalarının dillərinin hamısından qabaq mövcud idi -T.A.
U dil Roma imperiyası* dövründən bəri danışılmır və ondan çox əvvəl yalnız kahinlər tərəfindən istifadə olunurdu. Ancaq məşhur inancın əksinə olaraq, biz etrusk dilini oxuya və başa düşə bilərik və edirik. Bizim biliklərimiz yalnız sağ qalmış yazıların məhdud təbiəti ilə məhdudlaşır: bizdə məzar nişanları və nəzir daşları və ya qurbanlıq əşyaları, sirli təqvimlər və bəzi sehr yazılı abidələr var, lakin gündəlik həyat barədə mətnlər və ya ədəbiyyat yoxdur. Papirus və kətan üzərində ədəbi əsərlər dövrümüzə qədər gəlib çatmamışdır.
* (Eradan əvvəl 27-ci ildə Turan Eney əsilli Oktavian Sezar tərəfindən əsası qoyulmuş və eranın 476-cı ilinə qədər Qərb qolu möcud olmuş imperiya - T.A.).
Etrusk yüksək savadlı xalq idi. Onun dini təlimləri əsrlər boyu yazılıb paylaşıldığı üçün bəzən ona “kitab əhli” də deyirlər.
(Allaha - ELAHİ dedikləri faktına yazılarında rast gəlmişəm - T.A.) Tapılmış kitabələrə əsasən mühakimə yürüdərək belə qənaətə gəlmək olur ki, həm aristokratlar, həm sənətkarlar arasında oxuyub yaza bilənlərinin sayı çox olub. Bu “danışan obyektlər” qədim insanların oxumaq və yazmaq qabiliyyətindən qaynaqlandığını hiss etdikləri gücü sehrli şəkildə ifadə edə biliblər. Bu, etrusk kişi və qadınlarının haqlı olaraq fəxr etdikləri mənəvi bir güc idi.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.