ƏFLATUN – FİLOSOF VƏ QAYDASIZ DÖYÜŞ ÜZRƏ OLİMPİA ÇEMPİONU

16-05-2024, 00:02           
ƏFLATUN – FİLOSOF VƏ QAYDASIZ DÖYÜŞ ÜZRƏ OLİMPİA ÇEMPİONU
Qədim fəlsəfə və bütövlükdə bəşər tarixinin ən önəmli və nüfuzlu adamlarından biri sayılan Əflatun eramızdan əvvəl aşağı-yuxarı 428 – 347-ci illərdə Qədim Yunanıstanda yaşayıb. Qərb dünyasında ilk ali təhsil ocağının, - institut demək olar, - və adından ad almış platonik düşüncə məktəbinin yaradıcısıdır.
Adı əslində Platon kimi səslənir, Əflatun adının ərəbcə səslənməsidir. Nizaminin "İskəndərnamə"sində vəsf etdiyi İskəndər Zülqərneyn - Makedonialı Aleksandrın müəllimi Ərəstun (Aristotel) kimi filosof Əflatunun şagirdi olub.
Qədim Çin, Hindistan və b. mütəfəkkirləriylə yanaşı, Əflatun mənəviyyat və siyasi fəlsəfənin banilərindən biri hesab olunur. 2400 il öncə yazılan əsərləri həmişə oxunub, indi də öyrənilir.
Maraqlıdır ki, belə bir aqil və alim olmaqla bərabər, cavanlıqda “pankration” adlanan idman növü üzrə olimpia çempionu olub.
Pankrationu qədim qaydasız döyüş adlandırmaq olar. İndiki “qaydasız döyüş” idman növü və ilk məktəbi 1960-cı illərdə ABŞ-da və məhz pankration əsasında yaranıb. Pankrationda çağdaş güləş, boks, kik-boks, karate fəndləri və zərbələriylə yanaşı rəqibini boğmaq, hətta barmaqla gözünü oymağa icazə verilirdi.
Platon fəlsəfi məktəbi haqqında Azərbaycan dilində link şərh bölümündədir.
Çingiz Sultansoy
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.