EŞQİ ANCAQ ZAMAN ANLAYA BİLƏR

16-05-2024, 09:34           
EŞQİ ANCAQ ZAMAN ANLAYA BİLƏR
Sevgi, Mutluluq, Təkəbbür, Zənginlik, Bilik və b. yaşadığı bir ada varmış.
Bir gün baxırlar ki, ada batmağa başlayır. Adadakılara qayıqlara minib adanı tərk etsinlər deyirlər.
Sevgi əvvəlcə adanı tərk etmək istəmir, vəziyyətin ciddiləşdiyini anlayanda isə boş qayıq tapa bilmir. Təlaş içində Zənginliyin yanına qaçır ki, onun qayığına minsin. Zənginlik “Səni yanıma ala bilmərəm, - deyir. – Bütün qızıllarımı, daş-qaşlarımı qayığa yığmışam, yer yoxdur”.
Sevgi Təkəbbürdən yardım istəyir, “Məni qayığına mindir” deyə yalvarır. Təkəbbür onun yalvarışlarına məhəl qoymur, “Sən dəli kimi aşıqsən, başını itiribsən, qayığıma zərər verərsən” deyir.
Əlacsız qalan Sevgi Kədərin yanına yönəlir, “İcazə ver səninlə gəlim” söyləyir çarəsizcə. Kədər “Çox kədərliyəm, tək qalmağa ehtiyacım var” deyir.
Ən son Mutluluğa üz tutur Sevgi. Ancaq Mutluluq o qədər mutludur ki, onun səsini eşitmir.
Birdən Sevgi bir səs eşidir:
“Ey Sevgi, gəl sənə yardım edim”.
Bu səs tanımadığı birinə aid idi. Sevincindən onun kim olduğunu soruşmağı unudan Sevgi beləcə bu fəlakətdən qurtulur. Sahilə ayaq basanda ona yardım edənin kim olduğunu öyrənmək istəyir. Qarşısına çıxan Bilikdən ona yardım edənin kimliyini soruşur.
Bilik “Sənin həyatını Zaman qurtardı” deyir. Sevgi “Zaman nə üçün mənə yardım etdi” deyə sual edir. Bilik də gülümsəyərək belə cavab verir:
“Çünki Sevginin nə qədər böyük bir şey olduğunu ancaq Zaman anlayır”..
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.