Penisillinin Aleksandr Fleminq tərəfindən kəşf olunması tamamilə uydurmadır

24-05-2024, 18:08           
Penisillinin Aleksandr Fleminq tərəfindən kəşf olunması tamamilə uydurmadır
Penisillinin Aleksandr Fleminq tərəfindən kəşf olunması tamamilə uydurmadır. Fransız hərbi həkim Ernest Düşen 1897-ci ildə Fleminqdən təxminən 30 il öncə "Göbələklər və mikroblar arasında antaqonizm" adlı dissertasiya yazıb, lakin Pastör İnstitutu dissertasiyanı qəbul etməyib. Fleminq Nobel mükafatı aldıqdan 4 il sonra Düşenin dissertasiyasının əlyazması ortaya çıxıb. Fleminq sonralar özü də etiraf edib ki, bəs o göbələyi təsadüfən kəşf edib, yəni onun axtarışında olmayıb, əksinə Düşen isə elmi-metodik yanaşmalardan istifadə edərək göbələyin bakteriyalara təsirini öyrənmişdir. Əslində Düşen özü də göbələklərin antibakteriyal təsiri barədə Afrikada hərbi xidmət zamanı ərəblərdən öyrənmişdir. Belə ki, ərəb atlılarının yəhərlərini axşamlar niyə isti və rütubətli bir yerdə saxlamalarının səbəbini soruşarkən ona izah etmişlər ki, bu cür tədbirdən sonra atlarda yəhərin təmas etdiyi yerlərdə yara-xoralar sürətli şəkildə sağalır.
Shuay Abdullayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru