Məhəmməd Füzulinin "Leyli və Məcnun " poemasında Məcnunun dilindən qəzəl.
11-06-2024, 17:34
Bu yaxınlarda məclisdə yazılardan birinə bir nəfər təxminən belə bir şərh yazmışdı. "Azərbaycan dili XIX_XX əsrlərdə formalıb."Təəsüflər olsun ki, bəzən savadlı insanlarımız da ana dilimizin tarixi haqqında kifayət qədər məlumata malik deyillər."Kitabi-Dədə Qorqud "dan , "Dastani-Əhməd Hərami "-dən başlayan bu yol XIII əsrdə İzzəddin Həsənoğlu, Şeyx Səfi, XIV əsrdə Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Suli Fəqih, Mustafa Zərir, XV əsrdə Sah İsmayıl Xətayi, XVI əsrdə Məhəmməd Füzuli kimi klassiklərimizin yaradıcılığında mükəmməl quruluşa malik idi.XVI əsrdə ana dilimizdə yazılmış bu qəzəli başa düşmək o qədər çətindir?
Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman,
Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm.
Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəfin.
Səfadən dəm uran həmdəmləri əhli-riya gördüm.
Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən,
Və gər güzgüdən umdum sidq, əksi-müddəa gördüm.
Ayaq basdım dəri-ümmidə sərgərdanlıq əl verdi,
Hünər sərriştəsin tutdum, əlimdə əjdəha gördüm.
Mənə göstərdi gərdun, tirə bəxtim kövkəbin yüz gəz,
Məni-bədbəxt ona hərgah kim baxdım, qara gördüm.
Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən,
Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm.
Vusale Memmedli
TEREF