TÜRK VƏ ERMƏNİYƏ MÜQAYİSƏLİ BAXIŞ ERMƏNİNİN GÖZÜ İLƏ
14-06-2024, 15:04
1.A. İsahakyan: “Mən uşaqlıq çağlarımdan xalqımla birgə Azərbaycan musiqisini özümə mənəvi vətən bilmişəm...
Azərbaycan mahnısının qələbəsi həm də bizim qələbəmizdir”.
A. Isahakyan: “Mən sözlərin hamısını başa düşmürəm, ancaq sizin dilinizin musiqisi gözəl bir nəğmə kimi ruhumu oxşayır”.
A. İsahakyan: “Kaş o bayatılardan yüzdə biri mənim olaydı - gözəl xəzinədir”.
“...Azərbaycan bayatılarının başlıca keyfiyyəti həyəcandır, bir qəlbdən çıxıb başqasının qəlbinə süzən səmimi duyğulardır”.
“Təbiətə çox yaxın olan bir xalq. Özünün bütün gözəllikləri ilə birlikdə dağ təbiətli bayatıların ruhu (eşq, həsrət, kədər, igidlik rəmzi) Azərbaycan xalqının öz ruhudur”.
“Bayatı şer incisidir”.
A. İsahakyan: “Qazaros Ağayan... məclislərimizdə öz zəngin səsi ilə Koroğludan oxuyaraq qəlblərimizə kədərlə qarışıq sevinc doldurur”.
"KOROĞLU” erməni dilində yazılmış olsaydı, bu qədər geniş yayıla bilməzdi”.
2. St. Nazaryan: “Müasir erməni dili təkcə çox sayda türkcə sözlər işlətməklə qalmır. O fikrini türk qrammatikasının qanunları ilə ifadə edir. Hətta türkcə düşünür”.
3. Qazaros Ağayan: “Çox oxuyan (mahnı ifa edən) türkləşir”.
( Arutyun və Manvel)
4. M. Abeqyan: “Bədbəxtlik burasındadır ki, dilimiz qafiyəli sözlər baxımından kasıbdır. Bizdə qafiyəli sözlər məhduddur. Buna görə xalqımız təmiz qafiyə üçün tanış olduğu türkcəyə müraciət etmişdir”.
“Xalq nəğmələri” əsərindən.
5. Qaragin Levonyan: “Xatırladığımız erməni aşıqlarının
adları türkcə olduğu kimi, yazdıqları şerlər də türkcə olmuşdur”.
6. Derenik Demirçiyan: “Klassik millətçilik yoxdur. Kimdə millətçilik varsa, daxilən çürüyüb məhv olur”.
7. Q. Tarverdiyan: “... Mənim topladığım 400-ə yaxın erməni aşığının müəyyən qismi şerlərini Azəri türkcəsi ilə soyləmişdir. Yerdə qalanları əsərlərini həm Azərbaycan, həm də erməni dillərində yazmışlar. Erməni dilində şerlər yazan aşıqların sayı 20-dən fazla deyildir”.
8. X. Abovyanın “ERMƏNİ YARALARI ” əsərindən: “Bizim yeni dilimiz (aşxarabar) yarısı türkcə və farsca kəlmələrdən ibarətdir...
Bu dillər xalqımıza o qədər dadlı gəlmışdir ki, xalq öz dilini buraxıb, müxtəlif nağıl və zərb məsələlərıni türkcə söyləməkdədir”.
9. Qazaros Ağayan: “Erməni dili qrammatika baxımından türkcəyə çox bənzəyir... Erməni xalqı, xüsusən də müğənnilər türkcəni öyrənməkdə çətinlik çəkmirlər. Türk dili bunların ana dilidir sanki”.
10. Erməni tarixçisi LEO: “Nağıl və şerlər təsvir olunan həyatı ifadə etməkdən ötrü aşıq üçün türk dili, erməni xalq ləhçələrindən daha axıcı, daha mənalı, daha zəngindir”.
11. X. Abovyan: “NAXAŞOVİÇ” (Əlifba) əsərindən: “Azəri türkcəsi bizdə o qədər yayılmışdır ki, bu dili qadınlar və cocuqlar belə qolayca anlamaqdadırlar”.
12. M. Nalbandyan: “Mən ermənilərin sakin olduqları bir çox yeri gəzmişəm. Daima xalis ermənicə olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməmişdir”.
13. Haykazyan: “İlk erməni sülaləsi, tarixi şəxsiyyətlər olmayıb, uydurma nağıllardan alınma şeylərdir. Movses Xorenatsi özü də beşinci əsrdə deyil, yeddinci yüzillikdə yaşamış saxtakar bir tarixçidir”.
“Erməni tarixi” əsəri, Paris, 1919.
14. Gevork Aslan: “... ARAZ və FƏRAT bölgələrində ermənilər yaşamamışlar”.
15. Qazaros Ağayan: “... Türk dili erməni üçün sanki doğma dildir”.
16. M. Nalbandyan: “Ermənilər havaların çoxunu azərbaycanlılardan götürmüşlər”.
17. Akademik M. Abeqyan: “Erməni dili hibrit (calaq) dildir, o biri yandan erməni qəbiləsi də hibritdir. Bu dilin daşıyıcıları Urartu və başqa qonşu xalqları assimliyasiya etmişlər”.
18. Musa Xorenatsi: “İndi olduğu kimi keçmişdə də qədim hayların elmlərə, ağızdan-ağıza keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan, və vəhşi adamlar haqqında danışmaq artıqdır”.
19. Erməni tarixçisi LEO: “Ermənilər rüzgar əkdilər. Fəqət rüzgar əkənin fırtına biçəcəyini unutdular”. (Ermənilərin Türkiyəyə xəyanəti).
20. X. Abovyan: “Xalqımız onların dilini o qədər bəyənmişdir ki, mahnılarımız, nağıllarımız, zərb-məsəllərimizin hamısı türkcədir”.
21. Yarbay Tverdoxlebnikov: “İnsanın vicdanı dəyərli almaz kimi ləkəsiz yaranmışdır və ləkəsiz qalmalıdır. Ermənilər vicdan əzabı nədir bilməzlər”.
Toplayanı ƏLİ VƏLİOĞLU (13 İyun 2018-də)
*****************************
Şəkildə - Yazıçı, Şair, Filosof, Publisist, Dramaturq ƏLİ VƏLİOĞLU. Evinin balkonunda. Foto mənimdir - Tariyel Azərtürkün - Bakı. Aprel 2014.
TEREF