MÜBAHİSƏÇİLƏR

15-06-2024, 10:04           
MÜBAHİSƏÇİLƏR
Bir neçə qauço içki məclisində yazı və tələffüz haqda söhbət edirlər. Santyaqolu Albarrasin oxuma-yazma bilmir. Kabreranın onun bisavadlığından xəbəri olmadığını zənn etdiyi üçün “Trara” kəlməsini yazmağın mümkün olmadığını deyir. Ancaq Krisanto Kabrera da savadsızdır və iddia edir ki, ağızdan çıxan hər sözü yazmaq olar. “Hər kəsi bir içkiyə qonaq edəcəm, - Santyaqolu Albarrasin deyir, - əgər “Trara” kəlməsini yaza bilsə”. “Razıyam”, - Kabrera deyir, cibindən çıxartdığı bıçağın ucu ilə torpaqda nəsə cızmaqara çəkir. Arxadan başını soxan qoca Alvares yerə baxır və mübahisəyə son qoyur: “Kor-kor, gör-gör: Trara”.
Luis L. Antunyano “Qorçsda 50 il” (Olavarriya, 1911).
X.L. Borxes, A.B. Kasares. Qısa və qeyri-adi hadisələr toplusu
İbrahim Nebioğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru