BƏRABƏRLİK

17-06-2024, 15:00           
BƏRABƏRLİK
Washington-da Baseball stadionunun içində Fast Food dükanında işləyirdim. Müxtəlif şeylər hazırlayıb satırdım, dondurmadan tutmuş şirin pambığa qədər. Bundan başqa kassada da işləmək tələb olunurdu, fiziki iş də.
Mənim işlədiyim dükandan stadionda bir neçə dənə idi, hamısında iki nəfər işləyirdi amma mən tək idim. İşin öhdəsindən gəlirdim, amma yenədə köməkçi tələb olunurdu. İşə başladığım gün supervisor demişdi, hələlik başla, bir neçə günə köməkçi gətirəcəm.
Beləcə iki üç həftə işlədim, günlərin bir günü supervisor bir amerikalı qızla gəldi və dedi,
- Bu - Amandadır, bu gündən səninlə işləyəcək. İş təcrübəsi yoxdur, öyrət buna işləri.
Dedim,
- Ok.
Supervisor getdi... Amandaya baxdım, 17,18 yaşlı incə qız idi.
Dedim,
- Mən bütün işləri görəcəm, sən sadəcə dur orada, müştərilərə Coca-Cola, dondurma filan ver.
Dedi,
- Niyə?
Dedim,
- Sən qızsan, obiri işlər çətin olar sənə.
Bu sözü demişdim ki, Amanda özündən çıxdı. Başladı,
- Mən qızam deyə, sən mənə hörmətsizlik eləyirsən! Mən sənin gördüyün işləri görmək istəyirəm! Qadınla kişi bərabər olmalıdır! Sən belə şeyləri bilmirsən, hansısa ərəb ölkəsindən gəlibsən, siz orada 4 arvad saxlayırsız! Fılan…
Qollarımı çaprazlayıb, Napoleon pozası alıb, sakitçə dinlədim onu. Heç bir sözünə əsəbləşmədim. Arthur Schopenhauer məktəbi keçmiş adamlar bilir ki – axmaq adam danışanda, cavab qaytarmaq, yada əsəbləşmək lazım deyil. Təsəvvür eləyirsən ki komediyaya baxırsan və gülürsən özün üçün.
Amanda hələ də bərabərlikdən danışırdı... Gözləyirdim bitirsin. Bitirdikdən sonra dedim,
- Mənim gördüyüm işləri görmək istəyirsən? Əla. Orada 2 dənə 40 litrlik bidon var, onları stadionun ikinci mərtəbəsinə qaldıracaq idim. Lift də işləmir. Sən onları qaldır, mən burada rahat durum Coca-Cola-mı satım.
Amanda əyildi ki bidonu qaldırsın... Qaldırmaq bir yana, heç tərpədə bilmədi. Bir iki cəhd də elədi, alınmadı... Sonra sakit səslə dedi,
- Qaldıra bilmirəm.
- Həə? Bəs noldu bərabərlik?
Qadın kişi bərabərliyi dediyin odur ki - qadını qadın olduğuna görə heç kim söyməsin, döyməsin. Kişi ilə eyni hüqüqları olsun. Bərabərlik o demək deyil ki, qadın kişi ilə eyni gücdə ya ağıldadır.
Təbiət kişini qadından üstün yaradıb. Qadının rolu kişini üstələməyə çalışmaq deyil. Qadının həyatda öz funksiyaları var, bu funksiyaların hamısını da William Shakespeare “The Taming of the Shrew” pyesində çox gözəl qeyd eləyib.
Məmməd Şiriyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.