"TÜRK KİMDİR, ƏMİ?"

19-06-2024, 15:04           
"TÜRK KİMDİR, ƏMİ?"
Mikelancelo (1475 - 1564) - Allah Yeri, Göyü, Kainatı yaradarkən
"TÜRK KİMDİR, ƏMİ?" SUALIMIZA ATAM USTA VƏLİ BİR CÜMLƏ İLƏ CAVAB VERƏRDİ: "TAPANÇANI TÜRKÜN GÖZÜNƏ SIX, TÜRK GÖZÜN QIRMPAZ"...
Uşaqlıqda bir hey bununla öyünürdüm.
18 İyun 2020-də təqdim etdiyim yazımı FB bu gün bir də xatırladır.
***
DAİMA TÜRKÜN NÜVƏSİNƏ ÖZ DƏRİN ZƏKASI İLƏ NÜFUZ EDƏN, ƏSƏRLƏRİ İLƏ İSƏ DİFFUZİYA ETMƏYƏ SƏY GÖSTƏRƏN ÇOX HÖRMƏTLİ, ZƏHMƏTKEŞ ALİMİMİZ DR. AYDIN QASIMILI YAZIR :
"Çünkü Türk öncə Təbiətdən-Onda baş verən qorxunc hadisələrdən-Şimşəkdən, İldırımdan, Qasırğadan, Zəlzələdən QORXDU (böyütmə mənimdir-T.A.), sonra Onlara alışdı, Onunla (Təbiətlə - T.A.) çulğalaşdı, Onun ÖVLADI oldu !
***
TARİYEL AZƏRTÜRK:
Amma, dost, mən deməzdim: "Çünkü Türk öncə Təbiətdən - Onda baş verən qorxunc hadisələrdən - Şimşəkdən, İldırımdan, Qasırğadan, Zəlzələdən qorxdu",
ƏKSİNƏ,
"Çünkü Türk Təbiətdən - Onda baş verən qorxunc hadisələrdən - Şimşəkdən, İldırımdan, Qasırğadan, Zəlzələdən, Dağunadan (gil yazıda vulkan) YARANDI !"
İNCİL, hörmətli Aydın bəy, Türkün mixi yazılı mətnlərindən köçürülmüş özünün "Genezis" (Mənşə) kitabında yazır:
Allah Yeri, Göyü yaradıb onları bir-birindən ayırdıqdan sonra, Yerdə suyu, bitgi örtüyünü və canlıları yaratdı və onlara "TİRRİK" dedi".
TİRRİK sözü ilkin versiyası "arameycə" yazılmış İNCİLDƏ türkcə gedir. Çünki u kitabın ilk səhifələri "Sumeriya" adlandırılan ölkənin UR şəhərində ~ 4700 il bundan qabaq dünyaya gəlmiş İBRAHİM (ABRAHAM) Peyğəmbər tərəfindən Hannaneydə yazılıb.
Mənşəəcə yəhudi olan şumerşünas S.N. Kramer yazır bunu və deyir: "İBRAHİM Hannaaneyə Şumeriya Akademiyasından öyrəndiyi hazır mətnlərlə, bilkilə, zəngin folklor nümunələri ilə gəlmişdi".
U mətnləri, u bilik mənbələrini gil lövhələrə qazıyan isə Türk idi (T.A.).
Allahın TİRRİK (HƏYAT, YAŞAM) dediyi kəlmə TÜRK adının kökündə durur. Biz u sözə DİRRİK deyirik - yaşam, həyat. O həqiqətən də TÜRK sözüdür. İribunyedən (gil yazıda İrəvan) aşkar edilmiş 3 min illik türkdilli gil yazılarda bu sözə olduğu kimi rast gəlinir.
"A TİRRƏ SU DİLƏ, ZADƏ UŞ YİYƏ" -
(Beyninə su verib becər ki, Zadən - Zatın, Kökün, Nəslin sənnən ağıl umsun) anlamında yeniyetməyə, gəncə müraciətdir.
Odur ki, Allah Yeri, Göyü, Okeanları bir-birindən ayıranda və Yer üzünə bitgi və heyvanları səpəndə bu cür ağır neytronlu Təbiət hadisələri Şimşəksiz, İldırımsız, Qasırğasız, Zəlzələsiz, Vəlvələsiz (yəni enerjisiz) keçinə bilməzdi.
Adicə suyun (H2O) hidrogen və oksigen ionlarına ayrılması üçün az qala bir İldırım boşalmasından ayrılan qədər enerji tələb olunur.
Neçə geqavatt enerji tələb edən bu hadisələrin özündən TİRRİK > TÜRK yaranırdı.
VƏ GÖYDƏKİ ŞİMŞƏK ÇAXMALARINI MƏRD OX ADLANDIRIB ONA MƏRDUK ADIYLA SİTAYİŞ EDİRDİ TÜRK.
BƏLKƏ GÜNƏŞƏ, ODA, ATƏŞƏ PƏRƏSTİŞLİYİNİ DƏ BU SIRAYA QOŞAQ ?
VƏ TÜRK ONLARDAN və ya TƏBİƏTDƏN NİYƏ QORXMALIYDI ?
Sayğılarımla.
***
2020-dəki bu yazıya Sosioloq alim Əhməd Qəşəmoğlunun da qeydini əlavə edim:
"SİZƏ AFƏRİN! Mikalenceloya görə də, Ahəngyola görə də, Türk Siz dəyən hadisələr toplusunun ahəngindən yaranıb. Hər bir varlıq sonsuzluğun ahənginin məhsuludur. ... Həmin hadisələrin köməyi ilə Təbiətdən doğulan adam o hadisələrdən vəcdə gələr, qorxmaz."
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.