İttihamın min üsulundan ən yaxşısı...

20-06-2024, 17:14           
İttihamın min üsulundan ən yaxşısı...
SSRİ-nin məşhur yazıçısı, publisisti Yuriy Osupoviç Domrovskinin söyləməsi.
Çukotskidəki dustaqxanadan Alma-Ataya – keçmişdə işlədiyi qəzetə qayıdan Dombrovski, 1930-cu illərdə istintaq orqanlarına səpələnən iyrənc şeytançılıqların araşdılması zamanı öyrənir ki, onu aralarında heç vaxt konflikt yaşamadığı keçmiş iş yoldaşı şərləyib.
"Mənim qayıtmağımı bütün şəhər bildi. Qəzetin redaksiyasında xəbərçilik haqqında oxuduğumu bilirdilər. Hamı sonra nə baş verəcəyini gözləyirdi. Həmin adamla görüşəcəyimə heç kim şübhə etmirdi. Və budur, o gün gəldi... Mən darısqal, demək olar yazı masaları ilə sıxlaşmış redaksiya otağına girdim. Qapının ağzında dayandım. Əməkdaşlar bir-birinin ardınca dəhlizə çıxdılar. Tezliklə biz onunla tək qaldıq. O, başını qaldırmadan otağın dərinliyində oturmuşdu. Biz susurduq. Sonra dedim: “Gedək”. O, susaraq yerindən qalxdı, qapıya tərəf gəldi. Dəhlizin hər iki tərəfində əməkdaşlar durmuşdular. Onlar çalışırdılar ki, bizə baxmasınlar, amma onların nə haqda düşündüklərini bilirdim. Onlar “o qədər də uzaq olmayan” yerdəki odun anbarında məni öldürmək üçün göndərilən canini balta ilə necə kəsdiyimi eşitmişdilər. Biz bu canlı divar arasından belə keçdik, o, irəlidə, mən isə onun arxasınca. Pilləkənlə aşağı endik. Sol tərəfdə küçəyə çıxış vardı, sağ tərəfədə – həyətə çıxan qapı.
Mən ona gizli qapını göstərdim. Beləliklə də susaraq həyətə çıxdıq. Burada o geri çevrilib əlaqəsiz sözlərlə nəsə deməyə başladı. O, məni nədəsə ittiham edir, əvvəlki illərin hansısa şəraitindən danışır, ümumiyyətlə, çərənləyirdi. Sonra susdu. Bir-birimizlə üz-üzə xeyli dayandıq.
Mən ona baxaraq düşünürdüm: “Yaxşı, sonra... Ona nə edim? Sifətini əzişdirim? Bu çətin deyildi, amma onun üçün hədiyyə olardı – ona borclu olduğum həmin çətin illər üçün çox kiçik qiymət deyimi? Öldürmək? – deməli yenidən dustaqxanaya girmək. Bu dəfə artıq cinayət maddəsi ilə uzun müddətə. O, aşkar şəkildə mənim qərarımı gözləyirdi. Mən isə bu qərarın nədən ibarət olacağını bilmirdim. Və belə olanda ona dedim: “Gedək içək”.
Küçəyə çıxdıq, yaxınlıqdakı meyxanaya girdik, susaraq, başımızı qaldırmayaraq, bir-birinə vurmayaraq hərəmizə bir stəkan araq içdik, heç bir söz demədən, vidalaşmadan – ayrıldıq...
Səhər tezdən tanış jurnalistlərdən biri yanıma qaçıb bildirdi ki, dünənki həmsöhbətim gecə tüfənglə özünü güllələyib".
İttihamın min üsulundan ən yaxşısı...
Alis Mehdi
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.