ŞƏKƏRLƏMƏ

24-06-2024, 12:34           
ŞƏKƏRLƏMƏ
Eynşteyn gündə 10 saata yaxın yatırdı.
Sağlamlıq üçün keyfiyyətli yuxunun nə qədər önəmli olduğunu yaxşı bilirdi.
Ancaq onun yuxu rejimi alışılandan fərqli idi.
O, müntəzəm olaraq gündüzlər bir neçə dəfə şəkərləmə* yapırdı.
Dahi fizik cəmi bir neçə dəqiqə davam edən bu qısa yuxuların onun zehni enerjisini və yaradıcı təfəkkürünü canlandırdığına inanırdı. Çünki bu qısa istirahət pauzalarının ona mürəkkəb elmi problemləri həll etmək üçün yeni fikirər verdiyini hiss sedirdi.
* Türkiyə türkcəsindəki “şəkərləmə” sözünü çox bəyənirəm. Ehtimal ki, qısa sürən bu gündüz yuxuya dalmaları şəkər kimi şirin gəldiyi üçün ona belə gözəl ad veriblər. Tələbə vaxtı evə yorğun gələndə anam “get bir hoyru (hovur) gözünün dincini al sonra yemək yeyərsən” deyərdi. Eynşteyndən fərqli olaraq 15-20 dəqiqə yatırdım, həm də kresloda oturaraq…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.