Yazdım axı – iyrəncdir…

24-06-2024, 12:54           
“Beş axşam” filmi (Пять вечеров, 1978) sovet kinosunun ən yaxşı filmlərindən biridir. Nikita Mixalkov insan kimi iyrəncdir, riyakar və saxtakardır.
Rüstəm İbrahimbəyova xəyanətindən bəri isə onun bir heç olduğunu düşünürəm.
Ancaq filmi bənzərsizdir.
L.Qurçenko (Tamara Vasilyevna) və S.Lapşinin (Aleksandr İlyin) baş rollarda çəkildiyi ekran əsəri savaşın ayırdığı bir kişi ilə qadının uzun illər sonra görüşməsi haqqındadır.
Rus tv-ləri bu dərin və bənzərsiz filmi tez-tez göstərirlər.
Onun son səhnəsi möhtəşəmdir, katarsisdir.
İlyin başını Tamaranın dizi üstünə qoyub, müharibəni xatırlayır, savaşın insanların taleyini necə məhv etdiyindən danışırlar.
Film Tamaranın üç dəfə təkrarladığı “Təki müharibə olmasın” sözləri ilə bitir.
İndi eşidirəm ki, filmin kulminasiyası olan bu sözləri kəsiblər…
Mixalkov buna susacaq, özünün ən gözəl sinema əsərinə yiyə durmayacaq.
Çünki Ukrayna savaşını qızışdıran təbliğat maşınının başındakılardan biri də onun özüdür.
Yazdım axı – iyrəncdir…
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.