NƏCƏF BƏY VƏ DİGƏR İŞİQLI İNSANLAR
25-06-2024, 08:58
Onlarla tanışlığım mənə özümü xoşbəxt saymağa imkan verir
RAUF MİRQƏDİROV
Mən özümü yəqin ki, çox xoşbəxt adam saymalıyam. Ömrünün iki ikini MTN-nin təkadamlı məhbəsində keçirmiş bir insan üçün, deyəsən, həddən artıq əcaib iddia kimi səslənir. Amma keşməkeşli həyatımda bir çox işıqlı insanlarla qarşılaşmışam...
Bəzən öz sənətimə və bu sənətin daşıyıcılarına nifrət edirəm. Deyəsən, bu haqda artıq bir dəfə demişəm. Hakimiyyətyönlü telekanallara baxanda necə də etməyim?!!! 80-90-cı illərin möhtəşəm mitinqlərində danışanda demək olar ki, tribunada durun insanları göstərmirlər. O misli-bərabəri görünməmiş milli-azadlıq hərəkatımızın liderlənin adlarını belə çəkmirlər. Bircə ona görə ki, onların arasında Heydər Əliyev yoxdur. Elə bilirlər ki, həmin günlərin qəhrəmanlarının adlarını tarixdən silə biləcəklər. Bacarmayacaqlar!!! Necə ki, bolşeviklər Xalq Cumhuriyətimzin qurucularının adlarını tariximizdən silib onları bizə unutdura bilmədilər.
Ya da mənim tələbə yoldaşım, nə vaxtsa çox istedadlı jurnalıst saydığım, özü və anası indiki prezidentin əmisi, akademik Cəlal Əliyev tərəfindən çox iyrənc ifadələrlə təhqir olunanda Elçin Şıxlinski ilə birgə müdafiəsinə qalxdığım Mirşahin bu vətənə övlad dünyaya gətirən, boya-başa çatdıran analarımızı az qala eyni dərəcədə iyrənc ufadələrlə təhqir edəndə, necə özümə nifrət etməyəsən?!!! Özü də nə var, nə yoc "uşaq pulu" tələb ediblər. Özü də prezidentdən...
Sonra isə yadıma adlarını müasir jurnalistikamızın tarixinə qızıl hərflərlə yazmış insanlar düşür. Belə insanların ən ön sıralarında isə Nəcəf Nəcəfov durur.
Nəcəf bəy haqqında bu gün hamı danışır. Onu tanıyanla da, tanımayanlar da. Dostları da, vaxtilə ona torba tikənlər də. Onu "Azadlıq" qəzetindən uzaqlaşdırmaq üçün min cür fitnələrə əl atanlar da...
Az da olsa, onunla "Azadlıq" qəzetində birgə çalışmaq mənə nəsib olub. 1990-cı ilin yanvarın 20-ə qədər. Əslində səhv etdim. Yanvarın 20-dən sonra da birgə idik. Amma artlq "Azadlıq" qəzetinin buraxılışı dayandırılmışdı...
Onun xarakterinin iki cəhətini xüsusi qeyd etmək istəyirəm. Əvvəla, çox işıqlı insan idi. Mən ümumiyyətlə ətrafına işlq saçan insanları qeyri-adi sayıram.
Nəcəf bəy hər hansı bir ləyaqətsizliklə, əclaflıqla qarşılaşanda təəccübündən gözləri bərəlib elə böyüyər ki, az qala öz həlqəsindən çıxıb bu şəkildə gördüyünüz gözlüklərin şüşəsini dağıdacaqdı. Elə bil ki, qarşısındakı adamın ləyaqətsizliyinə inanmaq istəmirdi. Belə adamların mövcudluğuna inanmaq istəmirdi...
İkincisi, Nəcəf bəy kritik dönəmlərin lideri idi. Onun ulduzu 1988-ci hadisələri dönəmində parladı. Partiya namenklaturasına daxil qəzet redaktoru öz seçimini etdi. Amna hadisələr bitəndən sonra kölgəyə çəkildi...
1990-cı il 20 Yanvar qırğınından və Bakı sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Azərbaycan Xalq Cəbhəsinin liderlərinin bir hissəsi həbs edilmiş, digər hissəsi isə gizli iş fəsliyyətinə keçmişdi. Ortalıqda yalnız Nəcəf bəy və "Azadlıq"qəzetinin əməkdaşları qalmışdılar: Arif Əliyev, Şahin Hacıyev və daha iki-üç cəbhəçi fəal və jurnalist.
20 yanvardan sonra bir neçə gün Azərtacın binasında toplaşprdıq. Sonra bizdən oranı tərk etməyi xahiş etdilər...
Amna evsiz-yuvasız qalmadlq. Azərbaycan Elmlər Akademiyasının o vaxtkı prezidenti, SSRİ xalq deputatı və mənim əziz dostum Eldar Salayev ( Elman Salayev ) (həyatımda qarşılaşdığım və dostluğu ilə fəhr etdiyim daha bir qeyri-adi insan) Akademiyanın Rəyasət Heyətinin iclas salonunu bizim ixtiramıza verdi. Və Nəcəf bəy oradan bütün Cəbhəni bir müddət idarə etdi. Yeri gəlmişkən, bir daha yada salmaq istəyirəm ki, rus hərbişiləri bizi həbs etməyə gələndə Eldar bəy, o çöx balacaboy, bədəncə cılız, amna əsil VƏTƏNDAŞ ürəyinə malık böyük İNSAN sinəsinə ömümüzə verib, bunun baş verməsinə imkan vermədi...
Amma kritik dönəm bitdi. Cəbhə rəhbərliyi gizli fəaliyyətdən çıxdı. Nəcəf bəy yenə də bir qədər kölgəyə çəkildi...
Elə bil ki, siyasi intriqalarda iştirak etmək zərurəti onun üçün qeyri-məqbul idi...
24 iyun 2024-cü il
Sürix