SƏMƏD BEHRƏNGİNİ YAD EDƏK

25-06-2024, 18:34           
SƏMƏD BEHRƏNGİNİ YAD EDƏK
AZƏRBAYCAN TÜRKLƏRİNİN QƏLBİNİ SIZLADAN MÜBARİZ ŞAİRİ, MÜƏLLİMİ, TƏRCÜMƏÇİSİ, NASİRİ, PUBLİSİSTİ, GÜNEY AZƏRBAYCANDA UŞAQ ƏDƏBİYYATININ BANİSİ ( " Balaca qara balıq" ) SƏMƏD İZZƏT OĞLU BEHRƏNGİNİ YAD EDƏK. 24 İYUN ELÇİ BƏY VƏ NƏCƏF BƏY KİMİ ONUN DA ANADAN OLDUĞU GÜNDÜR.
BURADA QUZEY AZƏRBAYCAN ŞAİRİ ƏHMƏD CƏMİLİN SƏMƏD BEHRƏNGİNİN FACİƏLİ ÖLÜMÜNƏ HƏSR ETDİYİ TARİXİ ŞEİRİNİ VERMƏYİ GƏRƏKLİ BİLDİM- AYDIN QASIMLI
Volqada o taya, bu taya baxdım,
Əksim suya düşdü...
Sularda axdım...
Arazda çiməndə sən lap uşaqdın...
Araza oxşamır bu çayın rəngi,
Ah, Səməd Behrəngi, Səməd Behrəngi!
Sənmi gücsüz idin, arazmı dərin?
Dərdi nə böyükmüş o sahillərin!
Dözdün zillətinə ağır illərin!
Alnında gəncliyin ümid çələngi,
Qəlbində arzular... Səməd Behrəngi!
Sulara baxırdım sanki Arazdır...
Üzürsən... su isti... sahil dayazdır...
Bəs bu təlaş nədir?
Anlaşılmazdır...
De, niyə dəyişdi çayın ahəngi?
Nə oldu, nə oldu, Səməd Behrəngi?
Nə kol var tutmağa, nə bir sal qaya...
Tufanmı başladı? Nə oldu çaya?
Bəs niyə gəlməyir heç kəs haraya?
Dəhşətmiş həyatla ölümün cəngi...
Araz, hanı o gənc, hanı Behrəngi?
İlk qaranquşuydu o ilk baharın,
Boğuldu çəngidə qara suların,
Qəlbimdə ağrı var...
Sinəmi yarın,
Asın orada bir Buhenvald zəngi!
Desin araz boyu: Səməd Behrəngi! Səməd Behrəngi!
( Əhməd Cəmilin Səməd Behrənginin ölümünə yazdığı şeir. )
Aydın Qasımlı
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.