Qadınlar! Çox diktatorsunuz ha!

27-06-2024, 08:35           
Qadınlar! Çox diktatorsunuz ha!
Şəhriyar elə dedi, Akif belə dedi... deyə hücum çəkirsiniz. Dünyasını dəyişmiş anaları belə sözünüzə konu etməkdən çəkinmirsiniz. Ayıb!
Səsləri qısmaq istəyirsiniz.
Gözləri qorxudursunuz.
Linç edirsiniz.
Niyə?
Bəyəm hər kəs `qadın gülərsə...` deməlidi?
Qadın başımızın tacıdır, deməlidi?
Əksini düşünənlərin söz haqqı yoxdur?
Zatən ölkəmizdə öz fikrini bildirməkdən qorxan, iş yerini, çörəyini itirəcəyindən çəkinən milyon-milyon insan var. Ya susurlar, ya yalan danışırlar.
Allah eşqinə, siz də həmin yolu tutmayın.
`O da belə düşünür` deyib keçməyi öyrənin.
Deyilən sözün həqiqət payını araşdırın.
Səsləri boğmayın.
Sizin bu linç kampaniyanız olmasa görün nə gerçəklər ortaya çıxar. Kişiləri qorxudub yalana yuvarladırsınız.
Güclü olan sözdən qorxmaz! Ağızları yummaz! Cəzalandırmaz!
Qoy danışsınlar. Əleyhinizə danışanları daha diqqətlə dinləyin. Əleyhinizə danışanlardan yararlanmağı öyrənin. Dözümlü olun.
Bəyən hər kəs sizin ürəyinizcə olanı deməlidir? Mədh eləməlidir? Borcu var? Öhdəliyi var?
Heç sizdən gözləməzdim...
Mehriban Vezir
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.