Salmanın Bakısı...

28-06-2024, 08:48           
Salmanın Bakısı...
Bu gün 28-də kütübi-xanələri gəzərkən qaşıma çıxdı. Salman Nərimanov Nəriman Nərimanovun böyük qardaşı imiş. 1847-1907-ci illər arasında yaşayıb. Tiflislidir və Tiflisdən Bakıya gəlməsi haqqında bir səyahətnamə yazıb. Bir nəfəsə oxunacaq qədər maraqlı əsərdir. Yüz iyirmi il əvvəlin Bakısı haqqında maraqlı nüktələr ərz edib. Hacı Zeynəlabidin haqqında iltifatla danışır. Əbuturaba isə heyrandır. Bakını Badıkubə kimi təqdim etməsi çox diqqətimi çəkdi. Üstəlik Baknın üç divarının olduğunu qeyd edir. İkisini ruslar darmadağın ediblər, geriyə indiki qalıb, o da yarım can.
Bir maraqlı məqam da, müəllifin dilidir. Lətafəti-üsuli-zəbanla Salmanın Bakısını tanımaq lazımdır.
Bütün hallarda Salman öz dünyası boydadır. Dünyası boyda, dünya danışır bizə. Dərd odur ki, aradan bir əsrdən çox keçsə də bu şəhərin dərdi də eyni qalıb, havasıda, dərmanıda... Ancaq dərman danışan tiflisli Salmanları dəyişib.
Ekber N. Necef
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru