Şükür etmək..

29-07-2024, 10:54           
Şükür etmək..
Biz şükür etmək deyəndə bir insanın ruhani dünya ilə təması zamanı Yaradana mütəşəkkirliyini anlayırıq əsasən. Və bunda da yanılmırıq, doğru bilirik şükür etmək nədir. Ancaq...
Ancaq elə bilirik ki, Tanrıya ancaq dindarlar, inananlar şükür etməlidirlər (danışıq dilimizdə "Allah şükür" deməyimiz sayılmır, o, bir ağız alışqanlığıdır), o dünya ilə bu dünya arasında get-gəldə olmayanlar şükür etməməlidirlər.
Halbuki şükür etmək hər bir düşünən insana xas olan gözəl bir ibadətdir, zikrdir. Və bu ibadəti təkcə ruhani bir ibadət kimi qəbul etmək doğru deyil...
Hər bir insanın bir vəfa, minnət, mütəşəkkirlik borcu var. Və hər kəs də bunu istədiyi kimi edir – kimi namaz zamanı və ya müqəddəs ziyarətlər vaxtı, kimi Günəşin batışında, kimi də şəfəqdə edir...Kİmi də bu videodakı qadın kimi..Və kimi də Feng Shui və Meditasiya uzmanı Maggie Erotokritou kimi şükrünü kağıza tökür.
Maggie Erotokritou-nun "Şükür Edin" yazısını paylaşıram Sizin üçün:
“SİZƏ VERİLƏN HƏYAT ÜÇÜN ŞÜKÜR EDİN...
Hər yerinə yetirilən arzunuz üçün,
Həyatın verdiyi imkanlar üçün,
Öyrəndiyiniz dərslərə görə ŞÜKÜR EDİN...
Təbiətin verdiyi bolluğa,
Bərəkətə və sevincə,
fəsillərin dəyişdiyinə, ayrı-ayrı torpaqlara, Ayın doğulmasına, istilik verib şəfa verən əzəmətli Günəşə ŞÜKÜR EDİN...
Həyatın özü bir möcüzədir, şükür et ki, buradasan...
Və hər gün üçün mütəşəkkir olmağa qərar ver...
ŞÜKÜR ETMƏK
İç gözəlliyini açıb üzə çıxaran çiçək kimidir.
ŞÜKÜR ETMƏK
Verdiyin hədiyyələr arasında ən sadə olanıdır, lakin o, ən böyük mükafatları gətirə biləndir.
Ertəsi günün şəfəqi
və gətirə biləcəklərinə görə ŞÜKÜR EDİN...
Və bunu özəl edin."
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.